إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhərrəmliklə əlaqədar İmam Hüseyn(ə) əzadarlarına müraciət

Məhərrəmliyin gəlişi münasibətilə Ayətullahul-Üzma Şeyx Nasir Məkarim Şirazi İmam Hüseyn(ə) əzadarlarına tövsiyə xarakterli müraciət ünvanlayıb.

1433-cü il Hüseyn Aşurası əzəmətlə yetişməkdə, Kərbəla şəhidlərinin pak qanları yenə qaynamaqda və bu məktəbin aşiqləri bu tarixi mərasimi təntənə və şöhrətlə qeyd etməyə hazır olmaqdadırlar. Xüsusilə gənclər imanla bu mərasimin başında qərarlaşırlar və  tarixi şüar olan "Həqiqətən, zillət bizdən uzaqdır" şüarını söyləməklə Kərbəla şəhidlərinə bağlı olduqlarını bildirirlər.

Bir neçə mühüm nöqtəni möhtərəm məddahların və əzadar heyətlərin nəzərinə çatdırmağı lüzumlu bilirik ki, inşəallah Allahın, "Şəhidlər Sərvərinin" və İmam Zamanın(ə.f) razılığına səbəb olacaqdır.

1. Mərasim elə təşkil olunmalıdır ki, əzadarlar əza saxlamaqla yanaşı "Şəhidlər Sərvərinin" insan yetişdirən məktəbi ilə tanış olsunlar.

2. Bu mənəvi məclislərə günaha səbəb olan və musiqi alətlərinin gətirilməsinin qarşısı alınmalıdır.(Əlbəttə məclisin proqramlarını nizamlamaq üçün istifadə olunan təbil və sinc istisnadır).

3. Məddahlar bu məclislərdə yalnız ənənəvi üslublardan istifadə etsinlər və eybəcər və Qərb üslublarından istifadə etməməlidirlər. Çünki həmin üslubların azadarlıq məclislərinə daxil olması əzadarlıq məclislərinin çöhrəsini dəyişməsinə gətirib çıxarar ki, bu da çox təhlükəlidir.

4. Heyətlər təşkil edənlər əzadarların vəhdətinə çalışmalıdırlar və bədxahların əzadarların sıralarına daxil olaraq nifaq yaratmalarına imkan yaratmamalıdırlar. Çünki vəhdət vacibatların vacibidir.

5. Seçkilər yaxınlaşdığı üçün bəziləri bu mənəvi mərasimlərdən öz siyasi mənfəətləri üçün istifadə etmək istəyərlər ki, gərək ayıq olasınız ki, belə işlərin baş verməsinin qarşısını alasınız. İmam Hüseyn(ə) hamıya aiddir. Və dünyada həqiqi azadlıq istəyənlər ona aiddirlər və onun məktəbindən ilham alırlar. O müəyyən bir cinaha aid deyil.(Bu bənd sırf İran əhalisinə aiddir - red.)

6. Xətib və məddahlar zəif və şəkk-şübhəyə səbəb ola biləcək hadisələri zikr etməkdən çəkinsinlər. Və şəhidlərin rəşadət və fədakarlıqla bol olan əhvalatlarını qeyd etsinlər.

7. Bədənə xəsarət edən işlərdən, ələlxüsus başa qəmə vurmaq(başa qılınc vurmaq - red.) kimi şiəliyə mənfi təsir göstərən işlərdən çəkinmək lazımdır. Əgər böyüklərimiz(şiə məzhəbinin - red.) bu gün olsaydılar hamısı bunu qadağan edərdilər.

8. Düşmən bilir ki, Hüseynin Aşurası Hüseyn aşiqlərinin damarlarına yeni qan bəxş edir və o həzrətin məktəbindən ilhamlanaraq düşmənlərin müqabilində müqavimət göstərirlər. Buna görə düşmən istəyir ki, Aşuranı unutdursun yaxud da xurafatla təhrif etsin. Buna görə şərəfli Hüseyn əzadarları gərək düşmənin hər iki məqsədini nakam qoysunlar.

Böyük Allahdan hamının itaət və əzadarıqlarının qəbul olunmasını istəyirik.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2011  19:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!