إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda İmam Əlinin (ə) doğum günü ilə bağlı möhtəşəm tədbir keçirillib - Foto

Marneuli şəhərində Həzrət İmam Əlinin (ə) bu həftəyə təsadüf edən mübarək doğum günü münasibəti ilə bayram tədbiri keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə tədbir Gürcüstam Müsəlmanları İdarəsinin təşəbbüsü ilə baş tutub.

Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin (s)  vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü  münasibəti ilə Rəcəb ayının 13-dən (21 apreldən) etibarən Gürcüstanın bir çox yerlərində olduğu kimi bu gün müsəlmanların kompakt yaşadığı Marneuli şəhərində də təmtəraqla qeyd olundu.

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə  yüksək səviyyədə təşkil olunan tədbirdə şəhərin din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri,  müsəlman ölkələrinin səfirliyindən gələn nümayəndələr və regionlardan dəvət olunan din xadimləri və  dindarlar iştirak etdi.

Şirniyyat süfrəsi ətrafında iki hissədən ibarət təşkil olunan tədbiri Rza Qasımov Quran tilavəti  ilə başladı.

Tədbirin aparıcısı Vidadi Qurbanov çıxış üçün ilk öncə sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verdi.

O, mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Hz. Əlinin (ə) İslamın meyar simvolu ola biləcəyindən söz açaraq bildirib: “Hz. Əli (ə) elə bir şəxsiyyətdir ki, Onun fəzilət və məqamı məzhəbindən aslı olmayaraq bütün müsəlmanlar tərəfindən qəbul olunub və eyni zamanda hər iki məzhəb onu “imam” və ya “xəlifə” kimi qəbul etməklə onun öndərliyini və rəhbərliyini təsdiqləmiş olub. Ona görə də şübhəsiz Peyğəmbərdən (s) sonra bu şəxsiyyətin İslam ümməti tərəfindən ideal və örnək şəxsiyyət olaraq tanıtdırılması müsəlmanların birliyinə gətirib çıxaracaqdır”.

BGMİnin Qərbi Gürcüstan üzrə müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Əli Əliyev və  Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze mərasim iştirakçılarını təbrik edərək,İmam Əlinin(ə) həyatından örnəklər söyləyib tarixdə əvəzsiz şəxsiyyət olduğunu qeyd etdilər.

Tədbirin rəsmi hissəsinin sonunda İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Necat Hz. Əlinin (ə) dövlət rəhbərlərinə sifarişlərini və insani keyfiyyətləri yüksəldən örnək xüsusiyyətlərini önə çəkərək bir neçə nəsihət və hikmətlərini ətraflı geniş şəkildə bəyan etdi.

Tədbirin qeyri rəsmi hissəsində Əhlibeyt məddahı Cəfər İmani Nejad və Vasif Vəsfinurun Hz. Əlinin (ə) şəninə oxuduqları şeir,
qəsidə və ilahilərlə davam etdi.



















Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016  16:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!