|
• DünyadaTbilisidə "İmam Əli (ə) İslamın ədalət, vəhdət və inkişaf simvolu" mövzusunda elmi konfrans keçirilib - FotoGürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Tbilisidə "İmam Əli (ə) İslamın ədalət, vəhdət və inkişaf simvolu" mövzusunda elmi konfrans keçirilib. Konfransda din, dövlət və ictimaiyyət xadimləri və azərbaycanlı ziyalılar iştirak edib. Konfransı giriş sözü ilə açan Vidadi Qurbanov ilk öncə Qurani-Kərimin tilavəti Kərbəlayi Rza Qasımovu dəvət edib verib. Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov təşkil olunan konfransın məqsəd və qayəsini açıqlayaraq Hz. Əlinin (ə) İslamın inkişafındakı rolunu üç tarixi dövrdə izah edib: 1) Peyğəmbərin (s) həyatı; 2) İmamlığın başlanğıcı, xəlifələrin zamanı; 3) İslam ümmətinə rəhbərlik dövrü. O qeyd edib ki, həmin dövrlərdə Hz. Əli (ə) həm elmi, həm gücü, həm tədbiri və həm də müstəsna, haqq və ədalətli rəhbərliyi ilə böyük töhfələr bəxş edərək, Allahın vəlisi, Peyğəmbərin vəsisi, Möminlərin əmiri, Allahın aslanı və s. ləqəbləri qazanmışdır. Tədbirdə çıxış edən Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev və Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze etibarlı əhli-sünnə mənbələrinə əsasən İmam Əlinin (ə) örnək səhabə və nümunəvi xəlifə olmasından, məqam və fəzilətlərindən məqamlara toxundular. Daha sonra Gürcüstanda qonaq olan İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Necat gözəl bəyanı ilə möminlərin əmiri İmam Əlinin (ə) həyatından alınan dərslər, insanlığa nümunə olacaq rəftar və həyat tərzlərindən söhbətlər açıb Hz. Əlinin (ə) hər iki İslam məzhəbi tərəfindən sevilən şəxs olduğu barədə bəhs edib.O qeyd etdi ki, Hz. Əli (ə) “İmam”, və ya “Xəlifə” məfhumu ilə adlansa da hər ikisi onun İslam ümmətinin öndəri və rəhbəri olması mənasını daşıyır və hər iki məzhəb onun fəzilətini təsdiq edir. Buna görə Hz. Əli (ə) də Peyğəmbər (s) kimi İslamın vəhdət meyarı və simvolu kimi qəbul olunmalıdır. Konfransda Türkiyə Diyanət İşləri Başkanlığının Gürcüstan üzrə nümayəndəsi, Səfirliyin din müşaviri Hacı Nəbi Gümüş və Qərbi Gürcüstan müftiliyinin muavini vəzifəsini daşıyan Hacı Adəm Şantadze çıxış ediblər. Natiqlər son zamanlar İslamın fitnə ilə qarşılaşdığı və İslam coğrafiyasında ürəkağrıdan hadisələrin yaşandığı bir zamanda müsəlmanların tək ümmət olub daha da vəhdət təşkil edərək bir olmalarının önəmindən danışdılar. İki saat sürən konfrans Əhlibeyt məddahı Cəfər İmani Nejadın İmam Zaman (ə) duası oxuması ilə sona çatdı. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2016 15:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |