إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Quranda "Bəni-İsrailin" inək macərasında nədən danışılır?..

Qurani-kərimin «Bəqərə» surəsində rastlaşdığımız bu əhvalat öz riyakarlığı ilə Musa peyğəmbərə(ə) olmazın əziyyətlər verən qövmünün rüyakarlığını açaraq, onların iman dərəcəsini göstərir.

Bu ayə "Bəqərə” surəsində Bəni-İsrail barəsində olan sair ayələrdən fərqli olaraq, bəhs olunan hadisəni geniş şəkildə gətirmişdir. Bəlkə də bunun səbəbi həmin hadisənin Quranda yalnız bir dəfə qeyd olunmasıdır. Bundan əlavə onda geniş şərhə ehtiyacı olan çoxlu ibrətamiz dərslər vardır. Bəni-israilin bu hadisənin hər bir mərhələsində bəhanə axtarması, onların iman dərəcəsinin Musaya (ə) ay-dınlaşması və Qiyamətin baş verməsi üçün ən canlı şa-hidlərin müşahidə olunması həmin dərslərdəndir.

Quran və təfsirlərdən məlum olduğu kimi, hadisə belə baş vermişdi: Bəni-israildən bir nəfər müəmmalı şəkil-də öldürülür, amma qatili heç bir vəchlə müəyyən etmək mümkün olmur. Bəni-israil qəbilələri arasında çəkişmə başlanır. Onlardan hər biri bu məsələni başqa qəbilənin boynuna atır və özünə bəraət qazandırır. Bu çəkişmələrə son qoymaq üçün Musanın (ə) yanına gedirlər və məsələnin həll edilməsini ondan xahiş edirlər. Bu hadisəni adi yolla həll etmək mümkün olmadığından, digər tərəfdən də çəkişmənin Bəni-israil arasında böyük bir fitnəyə səbəb olacağından qorxan Musa (ə) Pərvərdigarın lütfündən im-dad diləyərək möcüzəli şəkildə bu müşkülü həll edir.

Əvvəldə buyurulur: "Yada salın o zamanı ki, Musa öz tayfasına dedi: Gərək bir inəyin başını kəsəsiniz.”

وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً

"Onlar təəccüblə dedilər: Bizi məsxərə edirsənmi?”

قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً

Musa onların cavabında dedi: "Cahillərdən olmaqdan Al-laha pənah aparıram.” قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ

İstehza və məsxərə etmək nadan və cahil insanların işi-dir və Allahın Peyğəmbəri heç vaxt belə işlər görməz. İsteh-zanın yersiz olduğunu görərək bir daha əmin olduqdan sonra məsələnin ciddiləşdiyini gördükdə dedilər: "Əgər belədirsə, öz Allahından istə ki, hansı inəyi kəsməyi bildirsin.”

قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ

Onların istəklərində təkrar olunan "öz Allahından istə” cümləsi bir növ mərifətsizlik və istehzadır. Belə çıxır ki, Musanın Allahını öz Allahlarından ayrı bi-lirdilər!

"Musa onların cavabında dedi: Allah buyurur ki, çox qocalıb əldən düşməyən və çox da cavan olmayan orta səviyyədə dişi bir inək kəsməlisiniz.” قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ

Həzrəti Musa bu məsələnin daha da uzadılmaması və Allahın fərmanının müxtəlif bəhanələrlə təxirə salın-maması üçün sözünün axırında buyurdu: "Sizə əmr olunanları yerinə yetirin.” فَافْعَلُواْ مَا تُؤْمَرونَ

Amma onlar yenidən sözü uzadaraq, inadkarlıqla dedilər: "Öz Allahından istə ki, o inəyin hansı rəngdə olduğunu bizə anlat-sın.” قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا

Həzrəti Musa buyurdu: "Allah buyurur ki, başdan ayağa sarı rəngdə olan bir inəyi kəsin, belə ki, o inək görənləri sevindirir.” قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ

Bir sözlə, demək lazımdır ki, bu inək tamamilə xoşa gələn rəngdə və parlaq olmalıdır. O qədər gözəl olmalıdır ki, görənləri heyrətə salsın. Təəccüblü məsələ budur ki, bununla da kifayətlənmədilər; hər dəfə bəhanə axtararaq öz işlərini daha da çətinləşdirdilər. İmam Rizadan (ə) nəql olunan bir rəvayətdə buyurulur: "Onlar hər hansı dişi inəyi seçsəydilər də kifayət edərdi. Amma onlar özləri məsələyə ciddi yanaşırdılar. Onlar nə qədər ciddiləşirdisə, Allah-taala da onların israrları səbəbi ilə həmin o inəyin incə xüsusiyyətlə-rini bəyan edirdi. Beləliklə onların nalayiq, yaramaz rəftar-larına dözən Musa (ə) layiqli və zahid bir şəxsə məxsus olan bir inəyi almağı əmr etdi. Onlar bu xüsusiyyətlərə malik olan yeganə bir inək üçün çoxlu miqdarda pul verməyə məcbur oldular. Buna görə də az qalırdı ki, o inəyi alıb kəsməsinlər.

Yenə dedilər: "Öz Pərvərdigarından istə, görək (iş görmə nəzərindən) o inək necə olmalıdır?” قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ

"Çünki, bu inək bizim üçün müəmmalıdır.” إِنَّ البَقَرَ تَشَابَهَ عَلَيْنَا

"Əgər Allah istəsə biz hidayət olunarıq.” وَإِنَّآ إِن شَاء اللَّهُ لَمُهْتَدُونَ

"Musa yenidən buyurdu: "Allah buyurur ki, o, belə bir inək ol-malıdır ki, əkin əkmək üçün ram edilməmiş və əkin üçün su çək-məmiş olsun.” قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ

"Və bütün eyb və nöqsanlardan uzaq olmalıdır, hətta onun rəngində heç bir qarışıq olmamalıdır.” مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا

Sanki bura çatanda daha artıq suala yer qalmadığından de-dilər: "İndi (mətləbi) lazımınca bizə bəyan etdin.”

قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ

Sonra nəyin bahasına olursa olsun, o inəyi gətirdilər və başını kəsdilər. Amma bu işi görməyə heç də razı deyil-dilər. فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ

Quran bu hadisənin incəliklərini qeyd etdikdən sonra həmin mətləbi xülasə şəkildə buyurur: "Yada salın o zamanı ki, bir nəfəri öldürdünüz, sonra onun qatili barəsində çəkişməyə başladınız.” وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ

"Sonra dedik ki, o inəyin ətinin bir hissəsini öldürülənin bədə-ninə vurun ki, dirilsin və öz qatilini tanıtdırsın.” فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا

"Bəli, Allah ölüləri də məhz bu cür dirildir.” كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى

"Və Öz ayələrini sizə bu cür bəyan edir ki, dərindən fikir-ləşəsiniz.” وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

Sözü gedən ayələrin sonunda Bəni-israilin qəlbləri-nin daşa dönməsinə işarə edərək buyurur: "Bütün bu hadi-sələrdən sonra, o böyük ayə və möcüzələri görüb bunların müqabi-lində təslim olmadıqdan sonra, onların qəlbi daş kimi oldu, ya-xud daşdan da bərk oldu.”

ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً

"Çünki, daşlardan bəziləri yarılır və onlardan arxlar ax-mağa başlayır.” وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الأَنْهَارُ

"Yaxud (heç olmasa) onlar parçalanır və su damlaları ondan sızır.” وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاء

"Bəzən onlardan bir parçası (dağın zirvəsindən) Allahın xovfundan sürüşüb düşür.” وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّهِ

"Amma, sizin qəlbləriniz bu daşlardan da bərkdir. Nə ondan incə duyğular çeşməsi qaynayır, nə də məhəbbət qətrələri damır; Allah qorxusu yoxdur.”

Axırıncı cümlədə buyurulur: "Allah-taala gördüyünüz işlərdən heç də qafil deyil.” وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

Bu, Bəni-israil xalqına, habelə öz xəta və günah işlə-rini davam etdirən bütün insanlar üçün qısa şəkildə təh-qiqdən ibarətdir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2016  12:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!