إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanında Həzrət xanım Zeynəbin (s.ə) vəfat günü ilə bağlı mərasim keçirilib - Foto

Səudiyyə Ərəbistanın şərqində yerlşən Əl-Qətif şəhərində İmam Əlinin (ə) qızı, İmam Hüseynin (ə) Aşura hərəkatının tamamlayıcısı və təbliğatçısı Həzrət Zəynəbi-Kübranın vəfat günü ilə bağlı anım mərasimi keçirilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, inanclı insanlar məscidə toplaşaraq əzadarlıq ediblər.

Mərasimdə qeyd olunub ki, islam dünyasında Həzrət Zeynəb (s.ə) İmam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir.

Məclisin sonundan ehsan süfrəsi açılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2016  10:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!