|
• Dünyadaİndoneziya paytaxtında yalnız qadınlar üçün nəzərdə tutulan avtobuslar xəttə buraxılıbİndoneziyanın paytaxtı Cakartada çəhrayı rəngli yeni avtobuslar xəttə buraxılıb. Həmin avtobuslar şəhərin ümumi nəqliyyat sisteminə daxil edilsə də, yalnız qadınlar üçün nəzərdə tutulub. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, məsələyə münasibət bildirən Cakartanın qubernatoru Basuk Çahaya Purnama deyib ki, bəzi qadınlar naməhrəm kişilərin təsadüfən onlara toxuna biləcəyindən ehtiyatlanaraq ictimai nəqliyyatdan istifadə etmirlər. Yeni avtobuslarda isə qadınlar özlərini çox rahat və təhlükəsiz hiss edəcəklər. Xatırladaq ki, İndoneziyada əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Şəhərin şimalı ilə cənubunu birləşdirən marşrut xəttində hələlik iki çəhrayı avtobus işləyir. Lakin may ayından başlayaraq onların sayının 10-a çatdırılacağı bildirilir. Hər bir avtobus təqribən 140 yerlikdir. Qadınlara, cinsindən asılı olmayaraq, uşaqlarını da özləri ilə götürməyə icazə verilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2016 15:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |