إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu zikrlər ruzini artırar, nemətləri genişləndirər

Ey iman gətirənlər! Allahı çox zikr edin!

Səhər-axşam Onun şəninə təriflər deyin!


Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir.

(Əhzab surəsi 41,42,43)


Ziklər insanın qəflətini aradan apardığı kimi, həm də səbəb olar ki, insan İlahi maarifi öyrənsin. Axirəti üçün azuqə toplaya bilsin.

Bəzən insan günaha tərəf dəvət edilir, bu zaman günaha tərəf olan yollar bağlanır. İnsan bilmir ki, həmin yol günah yoludur və həmçinin bilmir ki, bu yol niyə bağlandı.

Həzrət Peyğəmbər(s) - لا حول و لا قوه الا بالله العلی العظیم

zikrini əşri həml edən mələklərin zikri kimi tanıtmışdır.

“Lə həvlə və lə quvvətə illə billəhil-aliyyul-azim”

Uca və böyük olan Allahdan başqa heç bir güc və qüvvə yoxdur.

 

Həmçinin hədisdə oxuyuruq ki, bu mələklərə ərşini həml etmək əmr olunan zaman bu zikri onlara öyrədiblər. Bu zikr - mələklər üçün çətinlikləri dəf etmək vasitəsidir.

Bir nəfər kişi xəstəliyi üzündən Həzrət Peyğəmbərin (s) xidmətinə gələ bilmirdi. Həmin kişi gələn zaman, Həzrət Rəsuli-Əkrəm (s) ona buyurdu: “Nə səbəb olub ki, bizim yanımıza gec gəlirsən?”. Deyir: “Xəstəlik və yoxsulluq”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə elə bir dua öyrədim ki, Allah onun vasitəsilə xəstəlik və yoxsulluğu dəf etsin?”. Deyir: “Bəli”. Buyurur: “De:

لا حول و لا قوة الا بالله العلى العظیم

تَوَكَّلْتُ‏ عَلَى الْحَيِّ الَّذِي لا يَمُوتُ‏ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَداً وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ

مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيراً

La həvlə və la guvvətə illa billahil aliyyul azımi,təvəkkəltu ələl həyyulləzi,la yəmutu vəlhəmdulillahilləzi ləm yəttəxiz (sahibətən)) vələdən və ləm yəkunləhu şərikun fil mulki və ləm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira

Uca və böyük olan Allahdan başqa heç bir güc və qüvvə yoxdur.Həmd və səna Özünə övlad götürməyən,mulk və hakimiyyətində şəriki olmayan,izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur.Sən də layiqincə Ona təkbir de və Onu uca tut.

Bir müddət keçir və həmin kişi gəlib Peyğəmbərə (s) deyir ki, mənim xəstəliyim və yoxsulluğum da dəf oldu”.

İnsanın ruzisinin artmasına səbəb olan amil – şükür və həmddir. Əgər hər kim ruzinin çox olmasını istəyirsə, Allaha həmd etsin. Bu şükür dil şüküründən ürək şükürünə qədər gedib çatar. Həqiqi şükür odur ki, insan nemətdən kamala çatmaq yolunda istifadə edər. Hər cür ifrat və israfdan uzaq olar.

Günah insanın ruzisinin ona çatmasına mane olar. Ona görə də insan hər gün etdiyi günahlarına görə tövbə etməlidir. Tövbə etməyin səmərələrindən biri də insanın iqtisadi çətinliklərinin həll olmasıdır. “Və dedim ki: «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır».

«Göydən (buluddan) sizə bol yağış göndərsin».

«Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edər, Allahdan üzrxarlıq istəyər – Allah hər qüssədən ona rahatlıq verər. Hər bir çıxılmaz vəziyyətdən çıxış yolu qoyar. Ona güman etmədiyi yerdən ruzi verər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ruzini ləng əldə edir, gərək istiğfar edib, Allahdan bağışlanma istəsin”.

Əmirəl-möminin (ə) buyurur:

- “İstiğfar və Allahdan bağışlanma istəmək insanın ruzini artırar”.

- “Çoxlu istiğfar edin və Allahdan üzr istəyin ki, ruzini cəzb edəsiniz”.

Mənbə:zuhurdogru.net

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2016  18:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!