إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sergey Lavrov: "Rusiya ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır"

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır.

Ahlibeyt.az  Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarqsyanla görüşündə bildirib.

"Biz paralel kanallar axtarmağı, tərəflərin etimadını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, yalnız diqqəti əsas məsələdən - təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasının qarşısını almaq və siyasi prosesin yenidən başlaması üçün şərait yaratmaqdan yayındıracaq", - deyə S.Lavrov bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin özləri qərar verməlidirlər, Rusiya və Minsk qrupunun digər həmsədrləri - ABŞ və Fransa isə bu işdə onlara yardım etmək üçün çalışacaqlar.

Qeyd edək ki, Kazan sənədi ilə bağlı jurnalistin sualına S. Lavrovcavablandırarkən bildirib: "Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib".

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2016  18:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!