|
• Mənəviyyat • MənəviyyatHidayət nədir? - "Təkvini" və "Təşrii" hidayət«Hidayət» doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir. «Hidayət» kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir: 1. Təkvini hidayət Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olunduğu nizam nəzərdə tutulur. Allah-təala öz xilqətini, canlı və cansız aləmi yaranış qanunlarına uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti, təkvini hidayətin nümunələrindəndir.Təkvini hidayət Allah-təala tərəfindən bütün canlılara fitrətən bəxş edilib. Quranda buyurulur: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da onu hidayət edəndir” (Ta-Ha, 49-50). Məhz təkvini hidayətin sayəsində bütün canlılar (hətta heyvanlar və quşlar da) özlərinə lazım olan əlverişli həyat şəraitini tapır, təhlükədən xilas olurlar. İnsanın daxilində yerləşdirilmiş fitri allahpərəstlik hissi də təkvini hidayətin bir növüdür. 2. Təşrii hidayət Təşrii hidayət peyğəmbərlər, asimani kitablar vasitəsi ilə həyata keçir. İnsanlar peyğəmbərlər və kitablardan təlim-tərbiyə almaqla, təkamül yolunda irəliləyirlər. «Ənbiya» surəsinin 73-cü ayəsində oxuyuruq: «Biz, onları əmrimizlə insanları doğru yola yönəldən imamlar etdik. Biz, onlara xeyirli işlər görməyi, namaz qılıb, oruc tutmağı vəhy etdik».
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2016 20:08 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |