|
• Dünyadaİraqın daha bir şəhəri təmamilə İŞİD-dən təmizləndi İraqın Birgə Hərbi Əməliyyat Komandanlığı dünən gecə Hit şəhərinin bütünlüklə düşməndən geri alındığını bildirib - İŞİD yaraqlıları tamamilə bu şəhərdən çıxarılıblar.
Ahlibeyt.az-ın Shbestan-a istinadən verdiyi xəbərə görə,bu barədə “ Əl - Cəzirə” məlumat yayıb.
Hit şəhəri İraqın əl - Ənbar əyalətində yerləşən strateji məntəqədir.
Birgə Hərbi Əməliyyat Komandanlığı yayımlaığı bəyanatla elan etdi: Qüvvələrimiz İŞİD terrorçularını bütünlüklə qovaraq Hit şəhərini işğaldan azad etdilər. Düşmənə ağır zərbələr vuruldu, maddi və insan tələfatına məruz qoyuldu.
Hərbi Əməliyyat Komandanlığının Baş Qərargah rəisi İsmail Əl - Muhavi bu döyüş əməliyyatı ilə bağlı dedi: Hit şəhərinin tamamən azad edilməsi əməliyyatı beynəxalq koalisiya qüvvələrinin qırıcıları, İraq Hərbi Aviasiya Qüvvələrinin döyüş vertelyotlarının müşayət və birgə hücumları ilə aparıldı. Əməliyatada 1000 dən artıq terrorçu məhv edildi. İŞİD - ə məxsus terror akı törətmək üçün hazırlanmış partlayıcı maddələrlə dolu avtomobillər də sürücüləri ilə birlikdə məhv edildi.
Baş Qərargah rəisi İsmail Əl - Muhavi əlavə etdi ki, İraq Silahlı Qüvvələri strateji əhəmiyyətə malik Hit şəhərinin azad edilməsi əməliyyatına başlayandan indiyə kimi 27 min dinc sakini Hit şəhərindən evakuasiya edərək Ər - Rəmadi şəhərinin qərbində yerləşın müvəqqəti qacğın düşərgələrində yerləşdiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2016 12:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |