إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT: Ermənistan qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır

Müsəlman dünyası Azərbaycanın hücumlara cavab vermək və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyib

Ahlibeyt.az-ın ANSPress-ə istinadən məlumatına görə, İƏT XIII Sammitinin yekun iclasında müsəlman ölkələrinin sərhəd toxunulmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair aparılan müzakirələr və qəbul olunan qərarlardan bəhs edən Ərdoğan Ermənistan-Azərbaycan,  Dağlıq qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib.

İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran Prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT Mins qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb.

Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir.

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII zirvə konfransının yekun kommünikesində deyilir:

“İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT TŞ-nin qətnamələrini həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb”.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə,

Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb:

“Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir. Bu baxımdan konfrans üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır”.

Konfrans Ermənistanın mülki insanların əziyyət çəkməsi, məscidlərə hücum edilməsi, dua edən insanların ölümü və sosial-iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən davamlı hücumlarını qınayıb: “Konfrans Azərbaycanın bu hücumlara qarşı durmaq və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyir".

Sənəddə Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2016  19:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!