إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya Müftilər Şurasının sədri Ayətullah Nuri Həmədani ilə görüşüb

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinov Rusiyada səfərdə olan Ayətullahul-Üzma Nuri Həmədani ilə görüşmək üçün iki müavini ilə birlikdə İİR-nin Rusiyadakı səfirliyinə təşrif buyurmuşdur.

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinov bu görüşdən məmnun olduğunu bildirib. R.Qaynutdinov İranın Rusdiyadakı səfirliyi və Mədəniyyət Mərkəzi ilə sıx əlaqələrinin mövcud olduğundan xəbər verərək onların köməklikləri ilə seminarlar və Quran müsabiqələri keçirtdiklərini bildirib.

İran İslam Respublikası çox bərəkətli ölkədir deyən R.Qaynutdinov İrana qarşı edilən təhdidin özlərinə edilən təhdid kimi qəbul etdiklərini bildirib. O İrana qarşı hərbi hücum fikirlərinin səsləndirilməsinin çox yanlış olduğunu bildirərək Rusiya dövlət rəsmiləri ilə görüşdə həmişə İranı bu məsələdə dəstəkləməklərini tövsiyə etdiklərini bildirib.

Rusiyadakı dini vəziyyəti bölüşən R.Qanutdinov SSRİ-nin dağılmasından 20 il keçməsini xatırladıb və bu müddət ərzində Rusiyada İslam gündən-günə yayılmaqdadır deyib. O 20 il ərzində İslam təfəkkürlü cavan nəsil yetişdirməyə müvəffəq olduqlarını mərcei-təqlidin diqqətinə çatdırıb.

Hər il Ramazan ayında Qüds günündə mərasimlər təşkil etməklə Fələstinliləri dəstəklədiklərini bəyan etdiklərini bildirən R.Qaynutdinov müsəlmanların vəhdətdə bütün çətinlikləri aradan qaldıracaqlarına ümid etdiyini deyib.

R.Qaynutdinov həmçinin İmam Xomeyninin(r) Mixail Qorbaçova yazdığı məşhur məktubunu xatırlayaraq deyib ki, bu gün hamı bu məktubda qeyd olunanların nə qədər doğru olduğunu müşahidə etməkdədir. Yəni İmam Xomeyni(r) buyurduğu kimi dövlət idarəçiliyində dinə və mənəviyyata böyük ehtiyac var.

Öz növbəsində Ravil Qaynuitdinovla görüşdən məmnun olduğunu bildirən mərcei-təqlid tezliklə onu İranda görməyə ümid etdiyini bildirib.

İranın Ali Dini lideri Ayətullah Seyyid Əli Xameneinin Rusiya din alimlərinə çatdıran mərcei-təqlid bildirib ki, Rusiyaya səfər etməmişdən öncə Ayətullah Xamenei mənə təkidlə tapşırdı ki, hərarətli salamını sizə çatdırım.

İslam bizi müstəmləkəçilər və zalımlarla mübarizəyə səsləyir deyən Ayətullah Nuri Həmədani bunun üçün vəhdətə riayət etmək lazımdır buyurub.

İrana qarşı yönəlmiş təhdidlərə işarə edən din alimi bildirib ki, İslam İnqilabının və İmam Xomeyninin(r) bizə öyrətdiyi əsaslarla bu gün İranda milyonlardan ibarət xalq ordusu var ki, din uğrunda canlarını qurban verməyə hazırdırlar. Amma ABŞ və İsrail hörümçək torundan da zəif olduğu üçün İrana hücum etməyə cürətləri çatmaz.

 

İ

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2011  00:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!