إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirin böyük əhli-sünnə alimi Kərbəlada şiə məzhəbini qəbul etdiyini bildirib -FOTO

Misirin tanınmış Əl-Əzhər Universitetinin böyük alimlərindən sayılan Şeyx Misbah Əmin Əd-Durəyni uzun araşdırmalardan sonra Peyğəmbər və Əhli-beytinin ardıcılı olmağa qərar verib.

Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,Şeyx Misbah Əmin Əd-Durəyni ötən şənbə günü İraqın Kərbəla şəhərinə gedərək, rəsmən Əhli-beyt məktəbinin yolunu qəbul etdiyini əhali qarşısında bəyan edib.

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin müəllimi və İxavanul-Muslimin Təşkilatının tanınmış simalarından sayılan sünni alimi Əd-Durəyni belə deyib: “İnsanın öz xətalarını başa düşüb və ondan geri dönməsi yalnız ilahi lütf sayəsində baş tuta bilər. Mən öz həyatımda çoxlu mütaliə və araşdırmalar aparmışam. Ancaq mənim hidayət olmama ilk hadisə bir neçə il öncə “Rafizi kimdir?” adı altında təhqir və böhtan dolu yazılmış məqalə oldu. O yazıda şiələr çox ədəbsiz şəkildə təhqir edilərək, heyvanlara bənzədilmişdi. Mən o zaman bu yazıya qarşılıq olaraq, İslam Peyğəmbərinin davranış və gözəl əxlaqı barədə məqalə yazmışdım.”

Əd-Durəyni Misirin sələfi alimi Yusif Əl-Qərzavinin yaxın dostlarından olub.

.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2016  17:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!