|
• Dünyadaİstanbulda İƏT Gənclər Forumunun (İƏT GF) gənc liderlər toplantısı keçirilirAzərbaycanın gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu gundən Türkiyənin İstanbul şəhərində öz işinə başlayan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti"nə qatılıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumatda bildirilir ki,Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıc, Malaziyanın gənclər və idman naziri Xairi Camaluddin, Birləşmiş Ərəb Əmirliklərinin gənclər və idman naziri Şamma Al Mazrim, Qambianın gənclər və idman naziri Mehdi Hassan və digər nazirlərin, eyni zamanada beynəlxalq təşkilatların nümayəndələri, islam ölkələrindən gənc liderlər, nobel mükafatçıları və qonaqların qatıldığı tədbir 14-15 aprel tarixlərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın himayəsi altında keçiriləcək İslam Sammiti Konfransının 13-cü sessiyasının bir hissəsi kimi təşkil edilir. Tədbirin birinci panel günü gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir ölkədə gənclər siyasəti sahəsində aparılan işlər, ölkənin 2/3 hissəsinin 30 yaşına qədər gənclərdən ibarət olması, "2005-2009", "2011-2015-ci illər Azərbaycan gəncliyi Dövlət Proqram"ları çərçivəsində görülmüş işlər, yeni "2016-2020 Azərbaycan Gəncliyi Dövlət proqramında öz əksini tapmış və icrası nəzərdə tutulmuş tədbirlər, eyni zamanda "2015-2025-ci illəri əhatə edən "Gənclərin inkişafı üzrə Dövlət Strategiyası" haqqında məlumat verib. Nazir eyni zamanda, ölkəmizin İslam ölkələri gənclərinin həmrəyliyinə, birgə fəaliyyətlərinə və tədbirlərinə daim dəstək verdiyini, İslam ölkələri gənclər Forumunun təsis iclasının məhs Azərbaycanda keçirildiyini və ölkə başçısı İlham Əliyevin adı çəkilən təşkilatın mərkəzi qərargahının açılışında iştirak etdiyini və fəaliyyətini diqqətdə saxladığı barədə qonaqları məlumatlandırıb. Nazir A.Rəhimov həmçinin, 2007-ci ildə Bakı şəhərində keçirilən "Gənclər Sivilizasialar arası alyans naminə" konfransının Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın patronajı altında keçirildiyini vurğulayıb. Nazir bu gün ölkədə 320 QHT fəaliyyət göstərdiyini, Azərbaycanın Türkiyə, Küveyt, Qətər, Mərakeş, Səudiyyə ərəbistanı,Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran , İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. İƏT GF-nin toplantısı işini aprelin 13-də davam etdirəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 20:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |