إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmən ordusu Səudiyyənin irəliləməsinə mane oldu

Yəmən ordusu və könüllü xalq briqadaları Səudiyyəyə və koalisiya qüvvələrinin Marib vilayətində irəliləməsinə mane olublar.

Yəmən ordusu qüvvələri həmçinin Ərəbistanın 3 zirehli avtomobilini məhv edib və çoxlu miqdarda silah-sursatı ələ keçiriblər.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Əl-Məsirə xəbər telekanalının məlumatında bildirilir ki,Yəmən ordusu və könüllü xalq qüvvələri Marib vilayətində Səudiyyə qüvvələrin irəliləməsinin qarşısını alaraq onlarla muzdlunu məhv edib və bir qrupunu da əsir götürüblər.

Yəməndən əldə olunan digər məlumata görə, Ərəbistanın qırıcı-bombardmançı təyyarələri bir neçə dəfə paytaxt Sənanın əl-Həfa və əl-Səbahə düşərgələrini bombalayıblar.

Ərəbistan qırıcılarının Yəmənin Təiz vilayətinə hava hücumlarında da 6 sivil həlak olub.

Ərəbistan və müttəfiqləri Yəmənin şəhər və yaşayış massivlərinə hücumları davam etdirirlər. Halbuki bu təcavüzdən bir ildən çox keçməsinə baxmayaraq, öz məqsədlərinin heç birinə nail ola bilməmişlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2016  12:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!