إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gecə mübarək Rəcəb ayı daxil olur - Rəcəb ayının əməlləri

Bu gecə (8 aprel) gün batdıqdan sonra (Şam azanı zamanı) hicri qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur.

Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

Bu aydan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylar dualar və tövbələr tez qəbul olunar. Rəvayətlərdə bildirilidiyi ki, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır.

Hər kəs bu ayda bir gün oruc tutsa allahın razılığına səbəb olar və ilahi qəzəbdən amanda qalar.

Peyğəmbər(s) buyurur ki, bu ay istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət daha çox nazil olur,bu ayda "əstəğfirullahə və əs'əluhut tövbə"zikrini çox deyin.

Rəcəb ayının əməlləri

İmam Kazım(ə)buyurur: Hər kəs bu ayda bir gün oruc tutsa Allahın razılığına səbəb olar və ilahi qəzəbdən amanda qalar.

Rəcəb ayının ilk gecəsindən gününə keçən gecə bu duanı oxumaq tövsiyə edilmişdir: "Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan" (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)

Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.

Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.

Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyləyə: "əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh" və oxuduğu duanı sədəqə ilə xətm edə (başa çatdırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar".

Rəcəbin 15-ci gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;

Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.

Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: "Əstəğfirullahə və əs-əluhut-təvbə"

İslam təqvimində ən fəzilətli  gecələrdən olan  Leylətul Rəğaib(Rəğaib gecəsi bu ayın birinci cümə gecəsinə təsadüf edir ) və Rəcəb ayının 27-nə təsadüf edən "Məbəs" gecəsinin xüsusiyyət və əməlləri barədə saytımızın Rəcəb ayı bölməsində məlumat əldə edə bilərsiniz.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2016  10:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!