إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İnsanın rəftarına görə onun əqidəsini bilmək olarmı?

Cavab: Həzrət Əli (ə) buyurmuşdur: "Möminin inamı və kafirin inamsızlığı onların rəftar və əməllərində görünür.”("Üsuli-kafi”, c.1, s.76.)

Küfrünü gizləyib, özünü imanlı göstərməyə çalışan insanlar "münafiq” adlandırılmışdır. Bununla belə, Quranda münafiqlərin xüsusiyyətləri açıqlanır:

−biganələrlə dostluq;("Mucadilə”, 14.)

− Dini hökmlərlə düşmənçilik;("Nisa”,60,61. )

−möminlərin təhqiri;("Hud”, 28.)

−araqarışdırma;("Tövbə”, 47,48. )

−günahı yaxşıya yozma;("Nisa”, 62,63. )

−xudpəsəndlik(özündənrazılıq);"Münafiqun”, 5.

−qorxaqlıq;("Əhzab”, 33.)

−süstlük;("Nisa”,108. )

−həvəsbazlıq;

−yalan və riya;("Munafiqun”,63.)

−ətrafdakıları şübhəyə salmaq;("Ali-İmran”, 154. )

−insanları azdırmaq;("Tövbə”, 67. )

−istehza və möminlərdə eyb axtarmaq;("Bəqərə”, 14; "Tövbə”, 79.)

Kafirlərin xüsusiyyətləri:

−dinin məhvi üçün öz sərvətini xərcləmək;("Ənfal”, 36.)

−Allahın ayələrinə istehza;("Qafir”, 81.)

−həvəsbazlıq;("Əl-mizan” təfsiri.)

−ağılın səsini boğmaq;("Əl-mizan” təfsiri.)

−Möminlərin xüsusiyyətləri:

−Allaha təvəkkül;("Ənfal”, 2. )

−Allah qorxusu;("Tövbə”, 51.)

−dini dəyərlərin qorunması;("Möminun”, 9. )

−iffət;("Möminun”, 5.)

−namazda mütilik;("Möminun”, 2)

−mənasız işlərdən çəkinmək;("Möminun”, 3. )

insanları yaxşı işlərə dəvət etmək və pisdən çəkindirmək;("Ali-İmran”, 114.)

başqalarının maddi ehtiyaclarının təmini;("Ənfal”, 3. )

din qardaşlarına kömək;("Tövbə”, 71.)

təvazökarlıq;("Furqan”, 63)

kafirlərdən uzaqlıq;("Mucadilə”,22.)

əhdə vəfa;("Möminun”, 8)

İmam Sadiq (ə) möminlərə aid səkkiz xüsusiyyət sadalayır:

1. Çətinlik zamanı aramlıq.

2. Dünya acılıqları önündə dözüm.

3. Ruzi və asayişə görə şükr.

4. Allahın verdiyi ruzidən razılıq.

5. Düşmənə təcavüz etməmək.

6. Yükünü dostun çiyninə qoymamaq, dostun günah yükünü götürməmək.

7. Allaha itaət və xalqa xidmət üçün canını əziyyətə salmaq.

8. Xalqın asayişini pozmamaq.("Səfinətul-bihar”,.s. 1,s. 37. )

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2016  18:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!