إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanına raket zərbəsi: ölənlər var

Yəməndən Səudiyyə Ərəbistanının Cazan şəhərinə raket zərbəsi endirilib - Raket zərbəsi nəticəsində 2 nəfərin öldüyü, 1 azyaşlının isə yaralandığı bildirilir

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi raket zərbəsi nəticəsində 2 nəfərin öldüyünü, 1 azyaşlının isə yaralandığını bildirir. Baş vermiş hücumun məsuliyyətini heç kim öz üzərinə götürməyib.

Yəməndəki üsyançı Husi qruplaşmasının sözçüsü Məhəmməd Abdussəlam sosil şəbəkə saytı facebook səhifəsində Səudiyyə Ərəbistanı ilə sərhəd zolağındakı şəhərlər və bölgələrdə atəşkəsin davam etməsi üçün razılığa gəldiklərini bildirib. Abdussəlam əlavə məlumat yazmayıb.

Ötən gün koalisiya qüvvələrinin, Səudiyyə Ərəbistanının Yəmənlə sərhədindəki Ər-Rubua bölgəsindəki nəzarət buraxılış məntəqəsində hücum cəhdinin qarşısını alarkən 100 silahlının məhv edildiyi bildirilmişdi.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr ötən axşam paytaxt Riyadda husilərdən ibarət bir heyətlə görüşdüyünü və Yəmən münaqişəsi ətrafında müzakirələr aparılıdığını demişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2016  13:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!