|
• DünyadaAyətullah Nuri Həmədani Moskvada həmvətənlərimizlə görüşübRusiyanın paytaxtı Moskvadan verilən xəbərə görə, Rusiyada səfərdə olan Ayətullahul-Üzma Şeyx Nuri Həmədani Moskvada yaşayan azərbaycanlılarla görüşüb. "Otradnı" metrosu stansiyasının yaxınlığında yerləşən və camaat arasında elə həmin adla tanınan məsciddə keçirilən görüşdə İİR-nin Rusiyadakı səfiri Rza Səccadi, İİR-nin Mədəniyyət Mərkəzinin rəhbəri Dr. İbrahimi və azərbaycanlı ruhani Hüccətül-İslam vəl-müslimin Hacı Asəf də iştirak ediblər. Hüccətül-İslam Hacı Asəf Rusiyada yaşayan müsəlmanlar adından Ayətullah Nuri Həmədaniyə xoş gəldin deyərək mərcei-təqlidlə görüşü tarixi hadisə kimi qiymətləndirib və çıxış etmək üçün sözü ona verib. Çıxışına Azərbaycan dilində başlayan Şeyx Nuri Həmədani azərbaycanlıların Əhli-Beytə(ə) olan məhəbbətindən dolayı onlara təşəkkür edib. Allah tofiq etdi və mən sizlərlə görüşdüm deyən mərcei-təqlid bildirib ki, Həmədan camaatı türk dilini bilir və bilin ki, mən sizinlə həmzəbanam. Allahın nemətlərindən birinin Əhli-Beytə(ə) məhəbbət olduğunu bildirən mərcei-təqlid sözünə qüvvət olaraq İmam Sadiqin(ə) "Bizim vilayət Allahın böyük nemətlərindir" hədisini zikr edib və bunun qədrini bilməyi tapşırıb. İmam Baqirdən(ə) "İslam beş şeyin üzərində qurulmuşdur: Xüms, namaz, oruc, həcc və vilayət" hədisini zikr edən Ayətullah Nuri Həmədani bunlardan ən üstününün vilayət olduğunu diqqətə çatdırıb. Hər iki məzhəbin rəvayətlərində zikr olunub ki, vilayətsiz heç bir əməl qəbul edilmir deyən Şeyx Nuri Həmədani həmvətənlərimizə böyük nemətə sahib olduqlarını xatırladıb. Bölgədə baş verən inqilablara toxunan mərcei-təqlid İran islam İnqilabının banisi İmam Xomeyninin(r) Kommunist rejimi dağılacaq sözlərini xatırladarq deyib ki, biz indi də Kapitalist rejiminin dağılmasını müşahidə etməkdəyik. Hansısa bir sistemin salamat qalması üçün onun Peyğəmbərdən(s) və ya İmamdan(ə.f) yaxud da İmamın(ə) naibindən qaynaqlanmalıdır deyən din alimi bildirib ki, çünki yalnız onlar ədalət və təqva üzrə hakimiyyət etməyə qadirdirlər və fəsaddan uzaqdırlar. Və biz İranda İmam Xomeynidən(r) sonra dövlətə Ayətullah Xamenei rəhbərlik etdiyinə görə Allaha təşəkkür edirik. Sonda din təhsili ilə məşğul olan tələbələr Ayətullah Nuri Həmədaninin əli ilə ruhani libası ilə libaslanıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2011 16:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |