إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Məhəmməd Rəsulullah (s)” filmi Tacikistanda nümayiş olunacaq

Tacikistan Kinematoqrafçılar Birliyinin sədri Səfər Haqdadov bildirib ki, biz həmişə “Məhəmməd Rəsulullah (s)” filminin ölkə kino zallarında nümayişini səbirsizliklə gözləmişik.


Ahlibeyt.az-ın Maide.az-a istinadla xəbər verir ki, S.Haqdadov deyib ki, Tacikistan həmişə İran kinolarından bəhrələnir. "Ölkədə hər il 100 film nümayiş olunarsa əminliklə deyə bilərəm ki,bu filimlərin yarısı İran kinosudur.”.


O, yaxın vaxtlarda Tacikistanda İran qısa və tammetrajlı filim, cizgi filmi və seriyallarının festivalı keçiriləcəyini bildirib və deyib ki, ümid edirəm cənab Məcidi də öz filmi ilə bu festivalda iştirak edəcək.


S.Haqdadov İran və Tacikistan Kinematoqrafçıların müştərək təlim seminarlarının da keçiriləcəyini də vurğulayıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Aprel, 2016  21:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!