إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq mümkündürmü?..

Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?

Maddi dünyamızda hökm sürən qanunlar ona qarşı çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi də ola bilər.

İmam Riza (ə) buyurur:

"Möminin xəstəliyi onun günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lənətdir.”("Səvabul-əmal”.)

İnsan nə üçün yaşadığını bilməlidir. Dünyada baş verənlər yalnız düzgün hədəfi olmayan insanları bədbinləşdirir. Ləzzət və şəhvət üçün yaşayan bir insan, əlbəttə ki, bədbin olacaqdır.Əslində isə həyatımızın bir hissəsi olan ləzzət və şəhvət həyat idealı deyil. Ümumiyyətlə, qeyd olunan ümidsizlik həyatın ölümlə bitdiyini güman edən insanlara aiddir.

"Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq:

"Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.”

Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya nemətləri onu yuxuya verir.

Ölümdən sonrakı həyata inam insanı yaranış məqsədi ilə tanış edir və bütün ümidsizliklərin üstündən xətt çəkir.

Bunu da qeyd etməliyik ki, elə dünyadakı müharibə və fəsadları törədənlər də axirət həyatına inanmayanlardır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2016  15:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!