إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dahi Alman mütəfəkkiri Hötenin dəstxətti ilə Quran-Kərimdən ayələr(Foto)

Yohann Volfanq Hötenin öz dəsxətti ilə yazılmış "Nas" surəsi ilk dəfə olaraq Əli Mucani tərəfindən yayılmışdır. Bu isə tarixdə deyildiyi kimi bu tanınmış düşünər və alimin İslam dini və Qurana eşq və əlaqəsinin göstəricisidir.


Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, almaniyalı yazıçı və mütəfəkkir Yohann Volfqanq Fon Höte(alm.Johann Wolfgang von Goethe )Quran-Kərimdən bəzi surələri öz dəstxətti ilə özü üçün yazmışdır. Onun dəsxətti ilə yazılmış "Nas" surəsi ilk dəfə olaraq yayılmışdır.


Yohann Volfanq Von Höte (1749 – 1838) alman ədəbiyyatina ilk modern şeri gətirmişdir. Onun yaradıcılığı XVIII əsrin sonu XIX əsrin əvvəlində milli alman mədəniyyətində hakim mövqe tutur. Hötenin həyat fəaliyyətini və ədəbi irsini öyrənənlər etiraf edirlər ki, Hötenin yaradıcılığı, onun fəlsəfi - ədəbi və elmi əsərləri almanlar üçün elə əhəmiyyətli rol oynayır. Hötenin həyati əqidəsinin əsas sübutu, onun dostlarına və yaxınlarına yazdığı çoxsaylı məktublar, həmçinin 1771-1772 -ci ildə oxuduğu Müqəddəs Quran və böyük şərq şairi və mütəfəkkiri Şəmsəddin Məmməd Hafiz Şirazinin "Divanı”nın bağışladığı güclü təəssüratın nəticəsində qələmə aldığı "Qərb - Şərq Divanı”nda olan silsilə şerləridir.


Bəşəriyyətə "Faust" kimi ölümsüz bir əsər bəxş edən bu dahi almanı İslam dünyasında Məhəmməd peyğəmbərin, "Qurani-Kərim"in aşiqi kimi tanıyırlar. Ensiklopedik mənbələr isə Göteni şair-dramaturq, mütəfəkkir və naturialist kimi təqdim edir.


Bütün ömrünü Höte yaradıcılığını araşdırmağa sərf edən Katerina Momzen – "Oxford universiteti"nin ustadı, 2011-ci ildə haqqında qələmə aldığı araşdırmalardan birində ("Höte və İslam" kitabında) müsəlmanları daha da riqqətə gətirən kiçik bir əhvalat nəql edir:


"Höte ömrünün sonlarına yaxın daha çox islama meyillənmiş, ərəb əlifbasını və "Qurani-Kərim"i daha dərindən mənimsəməyi qarşısına məqsəd qoyubmuş. Hətta onun İslam dinini qəbul etməsiylə bağlı düşüncəyə qapılanlar var. Çünki, Höte dostluq etdiyi, alman şairi Ekkermana yazdığı məktublarda İslama isti münasibət göstərdiyini və araşdırdığını deyir. Eyni zamanda Qərb ziyalılarını ilahi varlıq haqqında bilgisizlikdə suçlayır. Hətta məktubdakı bəzi anlaşılmaz fikirləri oxuyan müsəlman araşdırmaçıların Hötenin müsəlman olmasına əminlikləri artır. Məsələn, Höte Ekkermana yazır: "Mən bir müsəlman kimi Onu(Allahı) yüzlərlə ad ilə çağırmağı xoşlayıram, amma yenə Onun saysız sifətləri qarşısında acizliyimi görüb susuram".

Katerina Momzen yazır ki, "Höte həyatla vidalaşdığı anlarda öz sinəsinə "W" işarəsi yazmışdır. Çoxları belə güman etmişlər ki, bu, şairin adının - Wolfgang sözünün baş hərfidir. Lakin bu əslində ərəbcə yazılmış "Allah" sözü olmuşdur. Hötenin ərəbcə yazmaq bacarığını isə o zaman hamı bilirdi.


Məhəmməd Əxgərin həmin kitabdan tərtib etdiyi məqalədə Hötenin Quranın vəsfində belə yazdığı vurğulanır: "Quranın üslubu əzəmətli, güclü, dərin mənalıdır və bu kitab heyrətləndirici həqiqətlərlə doludur".


Son günlərdə isə Götenin dəsxətti ilə yazılmış "Nas" surəsi ilk dəfə olaraq Əli Mucani tərəfindən yayılmışdır. Bu isə tarixdə deyildiyi kimi bu tanınmış düşünər və alimin İslam dini və Qurana eşq və əlaqəsinin göstəricisidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2016  12:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!