إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hərislik imanı yox edib aradan aparar...

Həzrəti Məhəmməd (s) buyurur:

"Allah-taala cənnəti dostlarının savabı müqabilində yaradıb və onu səxavət və kərəmlə əhatələndirib. Cəhənnəm odunu da düşmənləri üçün əzab olaraq yaratdıqda onu xəsislik və simicliklə əhatələndiribdir”

"Səxavətli insan Allah rəhmətinə və cənnətə yaxın, cəhənəmdən isə uzaqdır. Amma xəsis adam Allahın rəhmətindən və cənnətdən uzaq, cəhənnəm oduna isə yaxındır”.

"Müsəlmanda iki xislət cəm olmaz: xəsislik və əxlaqsızlıq”

«Ey Əli! Bil ki, qorxaqlığın, simiclik və hərisliyin təbiəti birdir və onların kökü (Allaha) bədgüman olmaqdır.»

"Hərislik yavaş-yavaş imanı yox edib aradan aparar”.

 

İmam Əli (ə)buyurur:

«Həris əsarətin buxovlarından heç vaxt xilas ola bilməyən çarəsiz bir əsirdir.»

«Həris bütün dünyaya malik olsa belə möhtacdır.»

«Hərislik ruzini artırmaz, əksinə məqamı və qədir-qiyməti yerə vurar.»

«Çox hərisliyin və xəsisliyin bünövrəsi Allaha şəkk və az etimad etmək üzərində qurulmuşdur.»

«Çox hərislik gözüdoymazlıqdan və dinin zəifliyindən irəli gəlir.»

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2016  14:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!