|
• DünyadaBəşər Əsəd: Suriya federativ qurluş üçün çox kiçikdirSuriya Prezidenti Bəşər Əsəd ölkədəki kürd azlığa bağlı PYD-nin fererasiya fikrinə təpki göstərərək bildirib ki, Suriya federasiya üçün çox kiçikdir və buradakı xalqlar ölkə daxilində olduqca kompakt şəkldə yaşayırlar. Ahlibeyt.az-ın verdiyi məlumata görə,bunu Suriyada səfərdə olan Fransa nümayəndə heyətinin üzvü deputat Nikolas Dyuk ölkə prezidenti Bəşər Əsədlə görüşdən sonra Sputnik-ə açıqlamasında bildirib. Cümə günü Fransanın böyük müxalif qüvvələrindən olan Respublika Partiyasının üzvləri Suriyaya səfər edib, dini və siyasi xadimlərlə görüşlər keçiriblər. Nümayəndə heyəti suriya prezidenti B. Əsədlə görüşüb. N. Dyuik deyib ki, B. Əsəd görüşdə Suriya kürdlərinın federasiya fikirlərinin məqbul olmadığını bildirib və qeyd edib ki,ölkədə kürdlər məskunlaşdığı bölgələrin yalnız 30 faiz əhalisini təşkil edirlər,bu səbəbdən öz vilayətlərində belə etnik azlıq təşkil edəcəklər. B. Əsəd görüşdə bu ilin yayında, ABŞ-da prezident seçkilərinə qədər Suriyada konflikt tərəfləri arasında münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı razılaşma əldə ediləcəyinə ümidvar olduğunu da vurğulayıb. Suriya prezidenti Bəşər Əsədin Suriyada mərkəzi hakimiyyət modeli dəyişməz qalmasını və ölkədə yeni bir idarəetmə modelinin tətbiqi düşünmədiyini bildirən Fransız parlamentari qeyd edib ki,"Bəşər Əsədə görə Suriyada bəzi vilayətlərə daha çox azadlıq verilə bilər,likin mərkəzi hökumətin vahidliyi modeli dəyişməz qalmalıdır." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2016 11:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |