|
• DünyadaMinskdə Cümə məscidi açılacaq - 1500 nəfər ibadət edə biləcəkBelarusun paytaxtı Minskdə Cümə məscidinin 2016-cı ilin iyul ayında açılması planlaşdırılır. Ahlibeyt.az-ın Teleqraf.com-a istinadən məlumatına görə,Belarusun Müsəlman Dini Birliyinin sədri, müfti Əbu-Bəkir Şabanoviç bu barədə danışarkən deyib: “Məscidin açılış tarixi artıq müəyyən edilib. Məscid 2016-cı ilin iyulunda fəaliyyətə başlayacaq, açılış mərasiminə çoxlu qonaq dəvət olunacaq.Həmin vaxtadək isə daxildəki bəzək işləri başa çatdırəlacaq, mebel gətiriləcək, muzey, kitabxana, inzibati otaqlar qaydaya salınacaq. İbadət zalında rəssamlar işləyirlər. Tezliklə divarda Müqəddəs Qurandan ayələr əksini tapacaq."" Əbu-Bəkir Şabanoviç bildirib ki, məscidin tavanı xaricdə sifariş edilmiş xüsusi avizələrlə işıqlandırılacaq. Cümə ibadəti zamanı, layihəyə əsasən, zalda 730-dan çox adam, faktiki olaraq isə 1,5 min nəfər yerləşə bilər. Məsciddə mətbuat konfransları və təhsil proqramları üçün də zal var. Orada mühazirələr oxunacaq, maarifləndirici filmlərə nümayiş olunacaq. Zal 250 nəfərlikdir. Bütün infrastrukturu kürsü mərtəbəsində yerləşdirmək qərara alınıb. Bu, iki sanitar-gigiyenik blok, qadın və kişilərin ibadətdən əvvəl dəstəmaz almaları üçün yer, inzibati kabinetlər, kütləvi kitabxana, görüş və məşğələlər üçün otaqlardır. Digər şəhərlərdən gələn qonaqlar üçün də bir neçə kiçik otaq hazırlanır. Bildirilib ki, Minskdə Cümə Məscidinin tikintisi on ildən çoxdur davam edir Hazırda maliyyələşdirmə ilə Türkiyə tərəfi məşğul olur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2016 15:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |