|
• DünyadaR.Abdulatipov:Hər bir kənd mərkəzində lövhə asıb terrorçulara qoşulan satqınların şəkilləri vurulmalıdırDağıstanın Unsukul rayonunun 70 sakini Suriyada döyüşlərdə iştirak edir. Ahlibeyt.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Antiterror Komitəsinin iclasında bildirib. O qeyd edib ki, hər bir kənd mərkəzində lövhə asıb terrorçulara qoşulan satqınların şəkilləri vurulmalıdır. R.Abdulatipov bildirib ki,Biz antiterror əməliyyatları çərçivəsində böyük iş görmüşük və bunun nəticəsində ekstremizmin qarşısını almağa nail olmuşuq. İclasda qeyd olunub ki, Suriyaya yollanan Dağıstan sakinlərinin bəziləri geri döndükdə müxtəlif cinayətlərə əl atırlar,lakin onlar arasında törətdikləri cinayətlərə görə islah əmək koloniyalarından azad olunduqdan sonra adi həyata qayıdıb öz baxışlarından imtna edənlər də var və onlar nəzərdən qaçırılmamalıdır. Bundan əvvəl Dağıstanın daxili işlər naziri Abduraşid Maqomedov parlamentdə çıxış edərkən ümumilikdə 912 dağıstanlının Suriyada terrorçular sırasında döyüşdüyünü bildirib və bu, Şimali Qafqaz federal dairəsi üzrə ən yüksək göstəricidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Mart, 2016 14:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |