إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya XİN-dən Dağlıq Qarabağ probleminə dair mühüm açıqlama

Rusiya XİN: "Dağlıq Qarabağ probleminin nəhayət gündəmdən düşməsini istəyirik"

Ahlibeyt.az-ın Amspress-ə istinadən məlumatına görə,Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi Moskvanın mövqeyi və ölkənin xarici siyasət idarəsinin başçısı Sergey Lavrovun Azərbaycana planlaşdırılan səfəri ilə bağlı açıqlama verib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi açıqlmada Moskvanın münaqişənin həllini ürəkdən istədiyini bəyan edib.

"Mənə elə gəlir ki, bizim məqsədimizin səmimiliyi, həqiqiliyi sübuta yetirilib. Və biz həm ATƏT-in Minsk qrupunun digər həmsədrləri, həm də Azərbaycan və Ermənistan tərəfləri ilə uzun illərdir ikitərəfli münasibətlərdə böyük problemlərə səbəb olan yaranmış çətin vəziyyətin yoluna qoyulmasını istəyirik.

Çox istəyirik ki, bu problem nəhayət gündəmdən düşsün. Təbii ki, beynəlxalq hüquq normalarına riayət olunmaqla: tərəflərin bir-birinə hörmət etməsi və bərabərlik", - deyə Zaxarova bəyan edib.

Mariya Zaxarova Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb. O deyib ki, Lavrovun Bakıya səfəri ilə bağlı hazırlıqlar getsə də hələlik dəqiq vaxt təyin edilməyib.

"Deyə bilərəm ki, belə bir səfər nəzərdə tutulub. Azərbaycanlı həmkarlarımızla aparılan danışıqlar nəticəsində səfər vaxtı dəqiqləşdirilən kimi, şübhəsiz, açıqlanacaq", - deyə XİN nümayəndəsi bildirib.

Bundan əvvəl isə Trend diplomatik mənbələrə istinadən məlumat yayıb ki, Lavrov cari il aprelin əvvəlində Bakıya səfər edəcək.

Fevral ayında İran XİN-in nümayəndəsi bildirmişdi ki, Bakıda Rusiya, İran, Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq. Qeyd olunurdu ki, nazirlərin görüşü zamanı Tehranda səfərdə olarkən prezident İlham Əliyevlə iranlı həmkarı Həsən Rusihani arasında əldə olunan razılıqların realizə edilməsi məsələləri müzakirə olunacaq. Məhz bundan sonra martın 4-də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2016  10:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!