إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya ordusu yaxın saatlarda Palmiraya nəzarəti bərpa edəcək

Suriya ordusu və özünümüdafiə dəstələrini antik Palmira şəhərinin xarabalıqlarından cəmi bir neçə yüz metr ayırır.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,”Al-Vatan”-in məlumatında bildirilir ki, hökumət qüvvələri terrorçuların şəhərin cənub və qərb rayonlarındakı mövqelərini intensiv atəşə tutur. Qəzetin məlumatına əsasən, radikal qrupların məhvi labüddür və Palmira yaxın saatlarda azad ediləcək.

Artıq gecə saatlarında İŞİD terrorçularının komanda mərkəzi məhv edilib.

Dünən Suriya ordusu özünümüdafiə dəstələrinin yardımı ilə şəhəri əhatə edən bütün hündürlükləri azad etməyə və Palmira ilə Əl-Karyateyn arasındakı yolu bağlamağa müvəffəq olub. Hazırda yalnız Fərat çayı istiqamətində Deyr-əz-Zora gedən yol İŞİD terrorçularının nəzarətində qalmaqdadır.

Vertolyotlar şəhərdən 60 kilometr şərqdə, İraq sərhədi yaxınlığındakı Əs-Suhna vahəsi və Palmira arasında yerləşən terrorçuların kolonlarına zərbələr endirir. Suriya silahlı qüvvələri bildiridiyinə əsasən, terrorçu qruplar nəzərəçarpacaq itkilər verməkdədir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Mart, 2016  11:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!