إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Əlcəzairdə Həcc ziyarətini baykot etmək məqsədi ilə kampaniya başlanılıb

Əlcəzairdə 2016-cı ildə Səudiyyə Ərəbistanın məsuliyyətsizliyinə görə Həcc-i baykot etmək məqsədi ilə sosial şəbəkələrdə kampaniya başlanılıb.

Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə,Əlcəzarin “Ekspression” və “Baladi” qəzetləri  sosial şəbəkələrdə 2016-cı ildə Həcc-i baykot etmək məqsədi ilə geniş çağırışlar haqqında yazılar dərc edib.

Qəzetlər yazır ki, sosial şəbəkələrdə bu kampaniyanın başlanmasına səbəb Səudiyyə Ərəbistanın Həcc mövsümündə zəvvarların canlarını qorumağa diqqətsizliyi və hörmətsizliyi olub.

Məlumatda bildirilir ki,  bu kampaniya həmçinin siyasi məqsədlə də həyata keçirilir. Belə ki, Səudiyyə Ərəbistan bəzi ərəb ölkələrinə təcavüzü  o cümlədən Yəmən və Suriyaya hücumları Əl-Cəzairli insanları narahat edib.

Kampaniya təşkilatçıları  Səudiyyə Ərəbistanı Ərəb dünyası və Həccin təşkilatçılığı ilə bağlı yenidən düşünməyə, zəvvarlara hörmətlə yanaşmağa və təcavüzlərə son qoymağa  çağırıblar.

Qeyd edək ki, ötən il həcc mövsümündə Minada yüzlərlə hacı həyatını itirib. “The Associated Press” yazır ki, Minada baş verən faciə zamanı ölkələrin rəsmi açıqlaması və KİV-lərin  məlumatına görə, 2426 nəfər həlak olub, lakin Səudiyyə Ərəbistan rəsmiləri faciədə ölənlərin sayının 769 nəfər olduğunu bildirir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Mart, 2016  13:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!