|
• DünyadaBMT baş katibi Novruzu qeyd edən xalqları bayram münasibəti ilə təbrik edibBMT-nin baş katibi Pan Gi Mun bazar ertəsi Novruzu qeyd edən bütün ölkələrin əhalisini bayram münasibəti ilə təbrik edib. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, BMT rəhbəri təntənəli iclasda Novruz bayramını "qlobal mədəni irsin bir hissəsi" adlandırıb və bu bayramın BMT-nin prinsiplərinə uyğun olduğunu bildirib. "Novruz qədim bayramdır. O, bu gün mövcud olan sərhəd və fikir ayrılıqlarından daha qədimdir. O, insan həyatının milli sərhədlər, dini inanclar və digər zahiri fərqlərdən daha mühüm olduğunu bizə xatırladır. Bu mənada Novruz bütün əngəlləri dağıdır və etimad telləri qurur", - deyə Pan Gi Mun bildirib. Onun sözlərinə görə, BMT bu bayramı qürurla qeyd edir, çünki eyni dəyərləri - həmrəyliyi, dost münasibətləri və ətraf mühitə ehtiramı təbliğ edir. Novruz bayramı Azərbaycan, Əfqanıstan, Albaniya, Gürcüstan, Hindistan, İraq Kürdüstanı, İran, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Çinin Sintzyan-Uyğur muxtar rayonu, Tacikistan, Türkiyə, Özbəkistan, Rusiyanın Tatarıstan, Başqırdıstan, Dağıstan və bəzi başqa regionlarında qeyd olunur. Ümumilikdə bütün dünyada 300 milyon insan bu bayramı qeyd edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2016 16:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |