|
• DünyadaV.Putin: Lazım gəlsə, bir neçə saata Suriyadakı qüvvələrimizin sayını artıra bilərikRusiya Suriyaya hərbi dəstək verilməsini bundan sonra da davam etdirəcək. Ahlibeyt.az-ın RiaNovosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Suriyada xüsusi əməliyyatlarda fərqlənmiş hərbçilərin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. Rusiya prezidenti çıxışı zamanı bildirib: "Suriyanın qanuni hökumətinə dəstək kompleks xarakter daşıyır. Bura maddi yardım, texnika və silahların çatdırılması, Suriya silahlı qüvvələrinin təşkili və onlara təlim keçirilməsi daxildir. Bura kəşfiyyat məlumatlarının ötürülməsi, əməliyyatların planlaşdırılmasında kömək və nəhayət birbaşa hucum əməliyyatlarını Kosmik aviasiya qüvvələri və qırıcı təyyarələrlə dəstəklənməsi daxildir. V.Putin vurğulayıb ki,Rusiya Suriya hökumətinə ölkədə fəaliyyət göstərən İŞİD,Ən Nusra və buqəbildən olan terror qruplaşmaları ilə mübarizədə yardımı davam etdirəcəyik.Suriyada qalan Rusiya qüvvələri istənilən tapşırığı həyata keçirmək imkanına malikdir.Lazım gəlsə, bir neçə saata Suriyadakı qüvvələrimizin sayını artıra bilərik. Rusiya prezidenti bildirib ki, Suriyadakı əməliyyatın maliyyə tərəfinə gəldikdə isə Putin qeyd edib ki, xərclər 33 mlrd. rubl (482 mln. dollar) təşkil edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2016 16:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |