إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmənlilər 176 Səudiyyə muzdlusunu əsir götürdü

Yəmən ordusu və könüllüləri Səudiyyə Ərəbistanı üçün döyüşən 176 muzdlunu əsir götürüb.

Ahlibeyt.az-ın FaktXeber-ə istinadən verdiyi xəbərə görə,bu barədə “Almasirah” telekanalına məlumat yayıb.

Məlumata görə,Yəməndə Səudiyyəyə bağlı muzdu qüvvələr Məariv vilayətinin “Əl-Vətiyyə” məntəqəsində yerləşən bazalarına gedərkən Yəmən ordu və xalq qüvvələrinin pusqusuna düşüblər.Telekanalın verdiyi məlumata əsasən təkcə ötən həftə 300-ə yaxın muzdlu döyüşçü Bəyza və Məarib vilayətlərində ordu tərəfindən əsir götürülüb. Eyni zamanda bu gün səhər Yəmən ordusu işağlçı qüvvələrin yerləşdiyi Tədavin hərbi bazasını “Qahir-1” ballistik raketi ilə hədəfə alıblar. Hələ ki, ölən və dağıntılar barədə məlumat verilməyib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2016  14:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!