إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hədis: Kim Allaha ən çox itaət etsə..

İmam Cəfər Sadiq(ə) buyurur:

"Hər kəsin bütün gün ərzində himmətinin(səy və zəhmətlərinin) ən böyüyü dünya olarsa Allah onun iki gözünün arasında yoxsulluq yazar və işlərini pozar, dünyadan da Allahın ona nəsib etdiyindən başqa bir şeyə nail olmaz. Amma hər kəsin bütün gün ərzində ən böyük himməti axirət olarsa Allah onun ürəyinə göz toxuluğu yazar və onun işlərini tənzimləyər”.

Həzrət Əli (ə) buyurur:

"Allaha itaət - zirək insanların himmətidir". Allah buyuruşlarına əməl etmək, yəni Allaha itaət etmək - bu dünyada ən zirək insanların himmətidir. Bu dünyada kim Allaha itaət etsə, o, qazanacaq, o xeyirli aqibət əldə edəcək. Kim Allaha ən çox itaət etsə, ali hədəfləri üçün ən çox çalışan, ən çox himmət göstərən insan odur və buna görə də ən zirək insan odur. Bu anlamda Allaha itaət - zirək insanların himmətidir. O insanın ki, Allaha itaət etməyə halı olmaz, o insan zirək deyil, uğursuz insandır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2016  11:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!