|
• DünyadaDünyanın ən qədim İslami kitabxanası təmir olunurMərakeşin Fəs şəhərində yerləşən dünyanın ən qədim İslami kitabxanası kimi tanınan “Əl-Qarauin” qədim elmi mərkəz və kitabxana kompleksində təmir və bərpa işləri aparılır. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, bu kompleksin tarixi 12-ci əsrə qayıdır. Hazırda təmir-bərpa işləri davam etdirilir və ilin sonunadək təmir işlərinin yekunlaşacağı bildirilir. Kompleksin təmirinə milyonlarla vəsait ayrılıb. Kitabxana kompleksi Mərakeş əsilli Amerikalı memar təmir edir. “Əl-Qarauin” qədim kitabxana kompleksi 859-cu (miladi) ildə Fatimə əl-Fəhri adında Tunisli bir tacirin qızı tərəfindən Fəs şəhərində tikilib. Bu xanım alimə və möminə bir xanım olub. Əhd edib ki, bütün var dövlətini elmi,dini mərkəz və məscidin tikintisinə sərf edəcək. Yunesko-nun məlumatına görə, bu kompleks dünyanın ən qədim təhsil müəssisəsidir. Dünyanın ən qədim təhsil ocağı olduğu üçün burada məşhur şairlər, ariflər, iqtisadçılar , tarixçilər və filosoflar o cümlədən XIV əsrdə İbn Ərəbi və İbn Haldun kimi şəxsiyyətlər təhsil alıb. Bu kitabxana və elmi mərkəz orta əsrlərdə avropalılar və müsəlmanlar arasında bilik transferində böyük rol oynayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2016 11:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |