إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İnşəallah bütün diktatorlar tezliklə süqut edərlər

 

 

Ayətullahul-Üzma Seyyid Sadiq Ruhani Qədir Xum bayramı münasibətilə təbrik bəyanatı yayıb.

Təbrikini Allaha həmd və səna ilə başlayan alim bu bayram münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün müsəlmanları təbrik eidb. Ayətullah Ruhani bu il Qədir Xum bayramının bir neçə zalım və diktator rejmlərin süqut etməsilə daha da şadlıq içində keçirildiyini bildirərək deyib ki, arzum budur ki, bütün diktatorlar süqut etmiş diktatorlar kimi cəhənnəmin dibinə yuvarlansınlar və bu Hz.Mehdinin(a.f) zühuruna bəşarət olsun.

Tarixin təkrar olunduğunu deyən mərcei-təqlid deyib ki, Peyğəmbər(s) Hz.Əlinin(ə) vilayətini bəyan edəndən sonra onun vilayətilə necə mübariə aparılırdısa, bu gün də bəzi zalım rejimlər Hz.Əlinin(ə) vilayətini qəbul edənlərlə mübarizə aparırlar.

Ayətullah Ruhani deyib ki, Suriyada azadlıq və demokratiyanın bərqərar olmasından ötrü orada hərc-mərclik yaradanlar eyni şeyi istəyən Bəhreyn xalqının adını heç dillərinə belə gətirmirlər. Bunun da tək bir səbəbi var o da budur ki, onlar şiədirlər. Ümumiyətlə, diqqətlə baxsaq görərik ki, Suriyada da törədilən hərc-mərclik oradakı şiələrə qarşı qurulmuş bir oyundur. Suriyada ölənləri inqilabçı və azadlıq istəyən adlandıranlar, Bəhreyndə və Pakistanda qətlə yetirilən şiələr barədə bir kəlmə belə söz danəşmırlar.

Allahın salamı və salavatı məzlum yaşayıb və məzlum şəhid olan Əmirəl-Mömininə(ə) olsun ki, şiələri də tarix boyu məzlum yaşayıb və məzlum şəhid edilib və edilirlər deyən mərcei-təqlid bildirib ki, bütün şiələrə vacibdir ki, bütün gücləri ilə zalımların və imperialistlərin qarşısında dayanaraq öz əqidələrini qorusunlar ki, izzət və vilayət bayrağını başı ucalıqla sahibinə, Hz.İmam Zamana(ə.f) təhvil verə bilsinlər.

Allah-Təala intizarında olduğumuz şəxsin zühurunu təcil etsin. Əlhəmdu lillahi Rəbbil aləmin və səlli əla Məhəmməd və Alihit-tahirin.

rohani.ir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2011  17:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!