|
• DünyadaQMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşübMartın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşüb. Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən məlumatına görə,səfər Azərbaycanda bu il elan olunmuş “Multikulturalizm ili” çərçivəsində Qafqaz bölgəsində təşkil edilən tədbirlər əsasında həyata keçirilir. Şeyxülislam A.Paşazadənin təşəbbüsü ilə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı formatında keçiriləcək görüşlərdə ölkəmizin bu sahədə mövcud dəyərli təcrübəsi təbliğ və təşviq ediləcək. Martın 16-dək davam edəcək səfər çərçivəsində QMİ sədri Rusiya Federasiyasının Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya respublikalarında olacaq. Şeyxülislam A.Paşazadənin rəhbərliyi ilə Nalçikdə, Çerkesskdə və Vladiqafqazda müvafiq olaraq Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya respublikaları müsəlmanlarının ruhani idarələrinin hesabat-seçki konfransları baş tutacaq, müfti vəzifələrinə seçki keçiriləcək. Səfər müddətində QMİ sədrinin Rusiya Federasiyası Şimali Qafqaz respublikalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2016 13:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |