إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İtaliyalı yepiskop ölkənin Boloniya şəhərində məscid tikməyə çağırıb

İtaliyanın Boloniya şəhərinin baş yepiskopu Matteo Maria Zuppi müsəlman cəmiyyətləri  tərəfindən keçirilən konfransda çıxışı zamanı Boloniya şəhərində məscidin tikilməsi zəruriliyindən danışıb və məscidin tikilməsinə çağırıb.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, yepiskop Matteo Zuppi bildirib:

"Mən həqiqətən  düşünürəm ki, daha vaxtı çatıb ki,Boloniyada  məscid fəaliyyətə başlasın, bəziləri bununla müxalifdirlər lakin səhv edirlər."

Boloniya şəhərinə baş yepiskop seçilən M.Maria Zuppi  həmçinin deyib ki,  İtalya məktəb təqvimində İslamda qeyd olunan əlamətdar günlər və bayramlar da yer ayrılmalıdır.

Qeyd edək ki, Boloniya şəhərində məscidin tikilməsi layihəsi bir neçə ildir ki, yarımçıq qalıb. Buna səbəb isə bəzilərinin sorğu keçirərək məscidin tikintisi əleyhinə səs toplaması olub.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2016  14:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!