إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kanadanın Vinzer şəhər məscidləri qeyri-müsəlmanlara evsahibliyi edib

Kanadanın Vinzer şəhərinin Vinzer məscidi və Beytul-Əhzan məscidi 6-7 mart tarixlərində  qapılarını qeyri-müsəlmanların üzünə açıblar.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Windsor star" agentliyi məlumat yayıb.

Kanadanın Vinzer şəhərinin Vinzer məscidi və Beytul-Ehsan məscidi həftənin 5 -6 mart tarixlərində(şənbə və bazar günləri) qapılarını məscidə maraqı olan qeyri-müsəlmanların üzünə açıblar ki, onlar İslam və müsəlmanlar ilə yaxından tanış olsunlar.

Vinzer müsəlmanları "məscidlərin açıq qapı" mərasimi ilə birlikdə həmin gün "səbr, dözüm, hörmət və təlim" devizi ilə İslam maarifini öyrətmək üçün layihələr həyata keçirdilər.

Vinzer məscidinə minlərlə müsəlman  dini mərasimləri keçirtmək üçün məscidə toplaşırlar. Onlar "məscirlərin açıq qapı" günü  gəlmiş insanlara ehsan süfrəsi açmış  və Quran-Kərim nüsxələri  hədiiyə ediblər.Bununla da qeyri-müsəlmanlar üçün İslam dini ilə maraqlanmağa münasib şərait yaratmış olurlar.

Vinzer məscidinin bir neçə min nəfərlik üzvləri məscidi ziyarətə gələnlər üçün müxtəlif proqramlar təşkil ediblər, ziyafət və gəzinti təşkil edir və onlara hədiyyələr verirdilər.

Beytul-Ehsan məscidinin işçiləri də qonaqlar üçün müxtəlif proqramlar icra edərək onları İslam mədəniyyəti və müsəlmanların dini əqidəsi ilə tanış ediblər.

Bu məscidin sözçüsü İrfan Əhməd bildirib: Bu proqramın təşkilindən hədəfimiz insanlara İslam dininin sülh və dostluq dini olmasını çatdırmaqdır. Biz terrorizmin hər növünü məhkum edirik.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2016  16:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!