|
QMİ-də xanım Zəhranın (s.ə) şəhadət günü ilə bağlı anım mərasimi keçirilibBu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı və onun nəslinin davamçısı Fatimeyi-Zəhranın (s.ə) şəhid edilən günü ilə bağlı anım mərasimi keçirilib. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi seyyid Əli Əkbər Ocaqnejad, Kərbəladan Azərbaycana səfərə gələn Ayətullah Seyyid Mühəmməd Təqi Müdərrisi, o cümlədən din xadimləri, alimlər, ziyalılar iştirak ediblər. Məclis Qurani-kərimin oxunması ilə başlayıb. Mərasimdə çıxış edən QMİ sədri bildirib ki, bu gün Bakıda öz işinə başlayan IV Qlobal Bakı Forumu ölkəmiz üçün mühüm sayılan tədbirlərdən biridir. Bu tədbirdə iştirak etmək üçün xarici ölkələrdən yüzlərlə qonaq gəlib. Bu gün keçirilən anım mərasimində də bu forumda iştirak edən nümayəndələr qatılıblar. A.Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanda heç vaxt dini zəmində münqişələr baş verməyib: "Sünni və şiələr bir yerdə yaşayıb, bir yerdə də vəhdət şəklində ibadət ediblər. Biz həmişə digər ölkələrə nümunə olmuşuq."
Daha sonra çıxış edənlər vurğulayıblar ki, xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan onun yeganə övladıdır. Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, Həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat ediblər. Belə ki, Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (s.ə) övladları ilə davam edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2016 16:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |