|
• Mənəviyyat • Mənəviyyatİlahiyyatçı: Nəinki intihar, hətta özünü təhlükəyə atmaq da dinimizdə qadağandır“Təəssüflə qeyd etməliyəm ki, son zamanlar intihar hallarının sayı artıb. Əsas səbəblərindən biri isə informasiya cəmiyyətinin sürətli şəkildə Azərbaycan gənclərinin psixioloji vəziyyətlərinə təsir göstərməsi və eyni zamanda gənclərin psixioloji maarifləndirmənin aparılmamasından irəli gəlir”. Ahlibeyt.az-ın məlumatına görə,bunu İnterAz-a açıqlamasında psixoloq Tariyel Faziloğlu söyləyib. Psixoloq bildirib ki, Azərbaycanda ən çox yeniyetmə və gənclər bu cür neqativ addımlar atırlar: “Onlar travma və böhran vəziyyətinə düşərək intihara cəhd edirlər. Bizim mental dəyərlər sistemi ilə informasiya cəmiyyətinin təqdim etdiyi dəyərlər sistemi çox ciddi təzadlar yaradır. Bu təzadlar da bir çox hallarda özünü biruzə verir və nəticə etibarilə həmin insanlar həyatlarına son qoymaqdan çəkinmirlər. Bu cür nöqsanların qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. İlk öncə psixioloji maarifləndirmə işini dövlət səviyyəsində aparmaq lazımdır. Eyni zamanda məktəblərdə və universitetlərdə tələbələrə psixioloji xidmət yüksək səviyyədə göstərilməlidir”. İlahiyyatçı Hacı Seyidağa Abbasov isə bildirib ki, insanın özünü öldürməsi böyük günahdır. Çünki insanın canı ona əmanətdir və heç kim öz canının sahibi deyil: "İntiharın subyektiv səbəblərindən çox obyektiv səbələri var. İndi insanların təfəkküründə qorxmazlıq, saymazlıq, heysiyatsızlıq var. Sanki onlar bir günlük yaşayan insanlardır. Onlar gələcək həyatlarını öncədən düşünməyə malik olmayanlardır. İntihara səy göstərənlər əgər bu günlərindən razıdırlarsa yaşamaqlarına davam edir, yox narazıdırlarsa həyatlarına son qoyurlar.Bu təfəkkürə malik insan mübarizədən qorxan, aciz şəxslərdir. O qeyd edib ki,bu gün gənclərimiz bir şeydə yanılırlar.Bu ümidsizlikdir.Onlarda nikbin seçim qaydaları zəifdir.Bu gün intihar edən gənclər valideyn təzyiqindən, cəmiyyət qınağından, işsizlikdən şikayət edib, bu yolu tuturlar. Təbii ki, bütün dünyada bu sosial problemlər var. Ancaq çalışmaq lazımdır ki, yolu düzgün tapasan və irəliyə baxasan. Həmin insanlar heç nəyi düşünmədən gücünün çatıb-çatmayacağını fikirləşmədən kreditlər götürür, borclar edirlər. Nəticədə çətinə düşdükdə isə çıxış yolu kimi ölümü seçirlər. İhahiyyatçı vurğulayıb ki,din baxımından da intihar günah sayılır. Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Bir az dini savadı olan şəxs intihar edənə cənazə namazı belə qılmırlar ki, ətrafa örnək olsun. Halbuki onların daha ağır əzablara düçar olacaqlarını hədislərdən görmək olar: "Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir". Nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır. Bu gün Azərbaycan müharibə şəraitində yaşayır. Valideyn övladlarını vətəni qorumaq üçün böyüdür. Lakin onlar ən aciz yola, intihara əl atırlar. Bu gün bağçalarda, məktəblərdə, universitetlərdə, bir sözlə gəncliyin olduğu hər yerdə maarifləndirmə tədnirləri görmək lazımdır." Hacı Seyidağa Abbassov bildirib: "Sonda onu xüsusilə diqqətinizə çatdırım ki, intihar qurtuluş yolu deyil, əksinə əbədi olan axirət həyatını bərbad etməkdir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2016 14:13 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |