إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 93 illiyi münasibətilə “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda məqalə müsabiqəsi elan edir.

Ahlibeyt.az-ın Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, Müsabiqəyə ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məqalələr göndərilə bilər. Həmçinin müasir dövrdə ölkəmizdə müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətini, bu sahədəki Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr də qəbul olunur.
Kriteriyalar
- Məqalə innovativ və əhatəli olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;
- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim edilməlidir.
1. Mükafat
I yer – 500 AZN
II yer –  400 AZN
III yer – 300 AZN
Hər biri 100 AZN olmaqla üç həvəsləndirici mükafat.
3. Müsabiqənin müddəti: 3 mart – 20 aprel 2016-ci il
Əlaqə telefonları: (012) 437 31 15 / (012) 492 65 23
E-mail: press@scwra.gov.az, scwra.2001@gmail.com / Ünvan: Bakı şəhəri, Əhməd Cavad 12



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2016  17:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!