|
• DünyadaRusiyada “Allah yoxdur” yazan bloqçunun məhkəməsi başlanıbRusiyanın Stavropol diyarında dindarların hislərini təhqir etməkdə təqsirləndirilən bloqçunun məhkəməsi keçirilir. Ahlibeyt.az-ın strateq.az-a istinadən məlumatına görə,iki il əvvəl Viktor Krasnov "Vkontakte" sosial şəbəkəsində aparılan mübahisə vaxtı "Allah yoxdu" deyərək İncili "yəhudi nağıllar toplusu" adlandırıb. Məhkəmə prosesi barədə öz Facebook hesabında hüquq müdafiəçisi Pavel Çikov xəbər verir. "Bloqçu Viktor Krasnovu Pussy Riot işindən sonra dəyişdirilmiş 148-ci maddənin yeni redaksiyası əsasında mühakimə edirlər". Məlumata əsasən Krasnovun ateist ifadələrini təhqiramiz hesab edən 2 şəxs polisə şikayət edib. Ötən ilin sonunda yerli polis hadisə ilə bağlı açılmış işi prokurluğa göndərib. Müqəssir tanındığı təqdirdə Krasnov 3 il müddətinə azadlıqdan məhrum oluna bilər. Bloqçu onun ifadəsilə bağlı məhkəmə-linqvistik ekspertizanın keçirildiyini bildirir. Onun yekunlarına görə ifadə fərdlərə yox, dini ehkamlara aid olduğu üçün "zərərçəkən tərəfin təhqiri" hesab oluna bilməz. Hərçənd ki, dilçilik üzrə eskpertlərə əsasən "ifadələr pravoslav xristianlığa qarşı təhqiramiz xarakter daşıyır və dindarların hislərinin alçaldılmasına (təhqirinə) yönəlib". Krasnov sosial şəbəkədəki mübahisədən sonra telefonla anonim təhdidlərin daxil olduğunu deyir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2016 14:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |