إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Səudiyyə Ərəbistanında Həcc zamanı basırıqdan yayınma üsulu tapılıb

Səudiyyə Ərəbistanından olan mütəxəssislər Həcc ziyarəti zamanı Məkkədəki Məscidül-Həramda zəvvarların hərəkətinə nəzarət etməyə imkan verən intellektual sistem yaradıblar.

Ahlibeyt.az-ın SalamNews-a istinadən  verdiyi xəbərə görə, bu barədə "Həcc və ümrə təhlükəsizliyinin təminatı üzrə Dövlət Direksiyasının" rəhbəri polkovnik Badr ben Saud məlumat verib.

“Race sistemi Həcc və ümrə zamanı zəvvarların təhlükəsizlik səviyyəsinin yüksəldilməsinin həllinin bir hissəsi olub...Yeni intellektual sistem 50 kameradan əldə edilən məlumata əsaslanaraq Məscidül-Həramda zəvvarların hərəkətini əks etdirən interaktiv elektron platformadan ibarətdir.”, - ben Saud bildirib.

Onun sözlərinə əsasən, belə bir sistem məscidin təhlükəsizlik xidmətinə “zəvvarların hərəkətini nizama salmağa” və yenidənqurmadan sonra 2.2 milyon insanın yerləşə biləcəyi məscidin istənilən nöqtəsində basırıq yaranmasının qarşısını almağa imkan verəcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Fevral, 2016  17:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!