|
Ayətullah Təbəsi: Ağıl bizdən tələb edir ki, zühur üçün tələskənlik göstərməyəkTarix və hədis qaynaqlarında göstərilir ki, İmam Baqir (ə) həssas tarixi dönəmdə, Bəni - üməyyə hökmdarlarının Əhli - Beyt (ə) davamçıları ilə amansızcasına rəftar etdiləri bir dövrdə ardıcıllarından istəyir ki, səbrli, dözümlü olsunlar, soyuqqanlıqlarını qorusunlar və öz dini rəhbərləri, imamların adını çəkməsnlər, onları təbliğ edib problem yaratmasınlar, zühur və İmam Zamanın (ə) gəlişi üçü tələskənliyə yol verməkdən çəkinsinlər. İmam buyurur ki, əgər belə bir şəraitdə siz hökumətə qarşı çıxsanız sizə zərər dəyəcək və buna görə də etirazlar dalğası yaratmamlı və sakit oturmalısınız. İmam Baqir(ə) tərəfdarlarına hökumətlə münaqişəyə girməməyi tapşırır, bildirir ki, onlar istəsələr sizə qarşı məkirli planlar qurarlar. Əgər sakit otursanız Allah onların başlarını başqa bir qrupla qatar, sizi unudub onların üstünə düşərlər. İmam Əli (ə) buyurur ki, dünyanın enişi - yoxuşu vardır, həmişə eyni tərzdə irəliləmir, gah yüksəlir, gah enir. Vəziyyət dəyişir, şərait başqalaşır. Bəzən təzyiqlər, bəzən də asayiş. Ağıl bizdən tələb edir ki, zühur üçün təlaş keçirməyək,çünki zühur onsuz da baş verəcəkdir. Belə ki, təzyiqlər altında olanlar həmişə aşayişə can atmasınlar, səbr edib dözsünlər. Bəzən problemlərin, sıxıntıların içindən işıq ucu çıxır. “Rahatlıqlar çətinliklərə bükülüb” deyirlər və ümidsizliklərin içində bir ümid yeri vardır. Mənbə:Shabestan(Ayətullah Nəcmədin Murəvvic Təbəsinin bəhsindən) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Fevral, 2016 14:48 ⁄ Çap
Bu bölmədə7 Aprel, 2021 İmamın intizarının dəyəri haqqında29 Mart, 2021 Bu gün İmam Zaman(ə.f)ın mübarək mövlud günüdür24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı |
Xəbər lenti
Səfir: Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək
17 Avqust, 2022 15:54
QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
17 Avqust, 2022 11:48
17 Avqust, 2022 11:27
16 Avqust, 2022 11:15
16 Avqust, 2022 10:12
15 Avqust, 2022 09:46
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |