29 Fevral, 2016
Ağıl bizdən tələb edir ki, zühur üçün tələskənlik göstərməyək

Tarix və hədis qaynaqlarında göstərilir ki, İmam Baqir (ə) həssas tarixi dönəmdə, Bəni - üməyyə hökmdarlarının Əhli - Beyt (ə) davamçıları ilə amansızcasına rəftar etdikləri bir dövrdə ardıcıllarından istəyir ki, səbrli, dözümlü olsunlar, soyuqqanlıqlarını qorusunlar və öz dini rəhbərləri, imamların adını çəkməsnlər, onları təbliğ edib problem yaratmasınlar, zühur və İmam Zamanın (ə) gəlişi üçü tələskənliyə yol verməkdən çəkinsinlər.

İmam buyurur ki, belə bir şəraitdə siz etirazlar dalğası yaratmamlı və sakit oturmalısınız, əks halda sizə zərər dəyəcək.

İmam Baqir(ə) tərəfdarlarına belə bir şəraitdə münaqişəyə girməməyi tapşırır.

Həzrət Əli (ə) buyurur ki, dünyanın enişi - yoxuşu vardır, həmişə eyni tərzdə irəliləmir, gah yüksəlir, gah enir. Vəziyyət dəyişir, şərait başqalaşır. Bəzən təzyiqlər, bəzən də asayiş.

Ağıl bizdən tələb edir ki, zühur üçün təlaş keçirməyək,çünki  zühur onsuz da baş verəcəkdir. Belə ki, təzyiqlər altında olanlar həmişə aşayişə can atmasınlar, səbr edib dözsünlər. Bəzən problemlərin, sıxıntıların içindən işıq ucu çıxır. “Rahatlıqlar çətinliklərə bükülüb” deyirlər  və ümidsizliklərin içində bir ümid yeri vardır.

Mənbə: Ayətullah Nəcmədin Murəvvic Təbəsinin bəhsindən

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4485.html