إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ müharibə veteranlarından müsəlmanları himayə aksiyası

Amerikalı veteran və ehtiyatda olan əsgərlərdən bir dəstəsi ölkələrində yaşayan müsəlmanları himayə etmək məqsədi ilə aksiya keçiriblər.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,bu barədə bostonglobe.com məlumat yayıb.Bu aksiyalar ölkədə müsəlmanlara qarşı çoxalmaqda təzyiqlərin qarşını almaq məqsədi daşıyır.

Məlumata görə, müharibə əleyhinə olan keçmiş əsgər və veteranlar Nyu England şəhərinin ən böyük məscidinin qarşısında toplaşaraq müsəlmanları himayə etdiklərini və dəstəklədiklərini elan etdilər.

Veteranların müsəlmanları himayə etmək məqsədi ilə həyata keçirdikləri aksiya və yürüşləri Boston əyalətinin Raksberi şəhərinin Mədəniyyət Mərkəzinin İslam Cəmiyyətinin binası önündə "Sülh üçün Veteranlar Batalyonu" tərəfindən təşkil edilmişdi. Bu aksiyada müsəlmanların hüquqlarının qorunmasını dəstəkləyən 200 nəfər civarında veteran iştirak edib.

Aksiya və yürüşün təşkilatçısı Bab Franke,mətbuata açıqlamasında bildirib:

"Sizin prezident seçkiləri siyasətlərində müşahidə etdiyiniz, müsəlmanlar haqqında yalan, azdırıcı və böhtan xəbərlər eşitdiyiniz sözlər əslində müsəlmanları və İslam dinini cəmiyyətə yanlış tanıtdırmağa xidmət edir.

Bu siyasətçilər müsəlmanlardan və İslam dini məsələlərindən insanları qorxutmaq üçün istifadə edirlər. Başqa sözlə desək insanarı özlərinə tabe etmək üçün qorxu və vəhşət siyasətindən istifadə edirlər."

Bu aksiyalar bir halda baş verir ki, ABŞ-ın bəzi siyasətçiləri və prezidentliyə namizədləri, o cümlədən Donald Tramp çeçkiqabağı çıxışlarında müsəlmanları və İslamı hədəfə alaraq müsəlmanları təhqir edir, terrorist kimi tanıtdırır, onların ABŞ-a girişlərinin qadağan olunmasını tələb edirlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Fevral, 2016  13:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!