إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əl - Əzhər şeyxi Əhməd Təyyib: Şiə və sünni İslamın iki qanadıdır

Əl-Əzhərin şeyxi Əhməd Təyyib bildirib: Şiə və sünni İslamın iki qanadıdır və bu iki məzhəbin arasında  vəhdət yaratmaq zəruridir

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, hazırda İndenoziyada elmi səfərdə olan Misirin Əl-Əzhər İslam mərkəzinin şeyxi Əhməd Təyyib səfəri çərçivəsində çıxışlarından birində bildirib: Şiə və sünni İslamın iki qanadıdır və bu iki məzhəbin arasında yaxınlaşma, təqrib və vəhdət yaratmaq zəruridir.

Bu sözü İslam dünyasının ən böyük dini mərkəzi hesab edilən əl-Əzhər –in şeyxi Əhməd ət-Təyyib İndoneziyaya səfəri çərçivəsində etdiyi çıxış zamanı müsəlmanların arasında yaranmış radikal təkfirçi cərəyanlar barədə xəbərdarlıq edərək səsləndirib.

İndoneziya alimləri qarşısında çıxış edən əl-Əzhər şeyxi İraq, Suriya və Yəməndəki hadisələrə toxunaraq, islam dünyasında bir məzhəbin (vəhhabilik) digərləri üzərində həyata keçirdiyi zorakılığı pisləyib.

O bildirib:

"İslamda dözümlülük hissi təbliğ edilməli və sünni və şiələr təkfir edilməməlidir, çünki  şiə və sünni islamın iki qanadıdır. Onların arasında yaxınlaşma və vəhdət olduqca mühümdür. bu iki məzhəb arasında etiqadi məsələlərdə baxış fərqi mövcud deyil.Fərq yalnız "imamət” məsələsində mövcuddur ki, biz onu dinin əsası hesab etmirik, onlar isə əsas bilir.”

Qeyd olunur ki,Əl-Əzhərin şeyxi Əhməd Təyyibin bu çıxışı isə öz növbəsində vəhhabilərin xoşuna gəlməyib  və onları hiddətləndirib. Bir çox vəhabi mərkəzləri bu çıxışı hiddətlə qarşılayıb, mənfi addım kimi dəyərləndiriblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2016  13:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!