|
• Mənəviyyat • MənəviyyatNiyə hədislərdə “ən üstün əməl hansıdır, ən böyük günah hansıdır” suallarına bəzən fərqli cavablar verilib?Niyə hədislərdə “ən üstün əməl hansıdır, ən böyük günah hansıdır” suallarına bəzən fərqli cavablar verilib? Əvvəla, bu qəbildən olan mövzular möhkəm və qəti deyil. Bunlar əqidə və şəriət kateqoriyasına aid deyil, əxlaq bəhsinə uyğundur. Ona görə də, bu qəbildən olan ayə və hədislərin fərqli məfhumlara malik olması prinsipial əhəmiyyət daşımır.İkincisi, məsumlarımız çox zaman hər hansı kəlamı buyurarkən şəraiti nəzərə alırdılar. Bu zaman hədisin harada söyləndiyini, kimə ünvanlandığını, kimlərin əhatəsində buyurulduğunu, hansı şəraitə aid olduğunu mütləq nəzərə almaq lazımdır. Şəxslərin iman və düşüncə tutumundan, mövzunun əhəmiyyət dərəcəsindən asılı olaraq məsumlarımız bəzən bir əməli, bəzən də başqa əməli daha böyük təkidlə tövsiyə və ya qadağan edirdilər. Lakin unutmaq olmaz ki, hədislərin arasında nə qədər fərq olsa belə, bu fərq ciddi deyil. Məsələn, bir əməl hədislərin birində vacib, o birində haram elan edilməyib. Fərqliliklər müstəhəb və məkruh qismindədir, tövsiyə və məzəmmət xarakteri daşıyır. Ona görə də, bu fərqliliyi normal qarşılamaq lazımdır. Mənbə İslam.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2016 12:29 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |