|
• DünyadaMontana ABŞ-da Xocalı soyqırımını tanıyan 20-ci ştat olduABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı soyqırımının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalını anma günü” kimi tanımağa və yad etməyə çağırıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib. Montana ştatının qubernatoru Stiv Bullok Montana ştatında Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ilk sənəd olan bu bəyanatda S.Bullok bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”. Sənədin sonunda 2016-cı il 26 fevral tarixinin Montanada “Xocalını anma günü” elan edildiyi vurğulanır. Beləliklə, bu sənədlə ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 20-yə çatıb. Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul olunmuş rəsmi sənədin surəti
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2016 10:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |