|
• DünyadaTürkiyə arxivlərindən Gəncənin tarixinə dair yeni sənədlər aşkarlanaraq ölkəyə gətirilibAMEA-nın Gəncə Bölməsinin Türkiyəyə ezam olunmuş əməkdaşları Gəncə şəhərinin tarixinə dair sənədlər və Nizami Gəncəvinin əsərlərinin əlyazmalarını əldə edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Akademiyadan Trend-ə verilən məlumatda bildirilir ki,Türkiyənin bir neçə arxiv və kitabxanasında aparılan araşdırmalardan sonra Başbakanlık Osmanlı Dövlət Arxivindən Gəncə şəhərinin hərbi-siyasi və iqtisadi tarixinə aid 181 arxiv sənəd toplanaraq, Akademiyaya təhvil verilib. Əsli Fransa Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvinin əsərlərinin 1365-ci ilə aid 649 ədəd əlyazması və “Xəmsə”yə həsr edilmiş 25 miniatürün surəti İstanbulun Süleymaniyyə Kitabxanasından Akademiyaya gətirilib. Araşdırmalar zamanı Qafqazın tarixinə aid çoxlu sayda əlyazma, miniatür və kitabların surəti də tapılıb. Hazırda AMEA-ya daxil olan arxiv materiallarının üzərində elmi tədqiqat işləri aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2016 11:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |